Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyev qoynundakı ilanı boynundan yaxaladı, bəs Bakı?

“Bu təşkilatın keçmiş SSRİ ölkələrindəki nümayəndəliklərinin bağlanması məsələsi aktualdır”

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbədənkənar iclasında Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyinə (“Rossotrudniçestvo”) qarşı sanksiya tətbiq edilməsinə qərar verilib. Bu barədə LIGA.net-ə Ukrayna Milli Təhlükəsizlik Təşkilatındakı bir mənbə məlumat verib.

“Rossotrudniçestvo”-ya qarşı sanksiyalar Prezident Vladimir Zelenskinin iclasdan sonra bildirdiyi kimi, “Kontrabandaçıların ilk 10-luğu” məhdudiyyətləri çərçivəsində tətbiq edilib.

“Rossotrudniçestvo” Rusiya Federasiyası ilə xarici dövlətlər arasında beynəlxalq əlaqələrin təmin edilməsi və inkişafı sahəsində dövlət xidmətlərinin göstərilməsi və dövlət mülkiyyətinin idarə edilməsi üçün Rusiyanın federal icra orqanıdır. Ukraynada “Rossotrudniçestvo”-nun bir filialı var - Kiyevdəki Rusiya Elm və Mədəniyyət Mərkəzi – hansı ki, təbliğatçıları keçən ay Taras Şevçenkonu “rus-Ukrayna” şairi adlandırmışdılar. Bu hadisə Ukrayna ictimaiyyəti arasında geniş narazılığa səbəb olmuşdu. Xarici İşlər Nazirliyi və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası daha sonra “Rossotrudniçestvo”-ya cavab verəcəyini vəd etmişdi.

Bundan əlavə, bu yaxınlarda “Rossotrudniçestvo”-nun rəhbəri Yevgeni Primakov açıqlama vermişdi ki, “Ukraynanın hərbi komandanlığı Minsk razılaşmalarına tüpürmək və Donbassda blitskriq təşkil etmək qərarına gəlsə, Kiyevə və Ukraynanın digər vacib infrastruktur ərazilərinə zərbə endirilə bilər”.

“Ukrayna hərbçilərinin təcavüzü halında Rusiya mülki şəxsləri irticaçıların ümidinə tərk edə bilməyəcək və digər təsir vasitələri ilə yanaşı, Prezident Aparatının yerləşdiyi Bank küçəsi də daxil olmaqla, birbaşa döyüş əməliyyatları bölgəsi xaricində Kiyev rejiminin hərbi və komandanlıq infrastrukturunun dağıdılmasına qərar verilə bilər”, - deyə o bildirmişdi.

İndi “Rossotrudniçestvo” rəhbərinin bu təxribat xarakterli açıqlamalarının təsadüfən edilmədiyi aşkarlanır. Xatırladım ki, Ukrayna Prezidenti Vladimir Zelenski artıq Rusiyanı sərhəddə “əzələ nümayişində” günahlandırıb. Bundan əlavə, NATO ölkələrinin səfirləri Brüsseldə fövqəladə bir toplantı keçirərək, Rusiyanın Ukraynanın cənub-şərqindəki kəskinləşməsini, əsgərləri və texnikasını Donbass sərhədlərinə yaxın köçürməsini müzakirə etdilər.

Pentaqonun məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Ukrayna sərhədinə 4000 əsgər və hərbi texnika yerləşdirib. ABŞ Ordusunun Avropa Komandanlığı qoşunları maksimum döyüş hazırlığı səviyyəsinə gətirdi. Bu fonda, rəhbərinin Rusiya Federasiyasının Ukraynaya qarşı başqa bir hərbi təcavüzünü proqnozlaşdıran və əvvəlcədən buna haqq qazandırmağa çalışan “Rossotrudniçestvo”-ya qarşı sanksiyaların tətbiq edilməsi olduqca məntiqlidir.

Üstəlik, sual ortaya çıxır: Niyə indi? Nə üçün Kiyev Krımın Rusiya tərəfindən ilhaqından və Donbassdakı separatçılar və silahlılara dəstəyindən 7 il sonra “Rossotrudniçestvo”-ya qarşı sanksiya tətbiq etməyə qərar verdi?

AYNA-nın sualını cavablandıran ukraynalı politoloq Yevgen Maqda xatırladıb ki, “Rossotrudniçestvo” 1998-ci ildən bəri, Rusiya Federasiyasının diplomatik nümayəndəliyi çərçivəsində Ukraynada fəaliyyət göstərir: “O zaman da bir səhv edildiyi aydındır. Çünki Rusiya Federasiyasının ölkəmizdəki diplomatik nümayəndəliyi statusunu alan “Rossotrudniçestvo” Vyana Konvensiyasına itinad etmək hüququ əldə edə bildi. Ümumiyyətlə, Ukrayna-Rusiya münasibətlərinin mövcud xarakterini nəzərə alaraq, Ukrayna Prezidenti Vladimir Zelenskinin “Rossotrudniçestvo”-ya qarşı sanksiya tətbiq etməsi qərarı olduqca məntiqli görünür. Düzdür, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına əsaslansaq, bu təşkilatın Kiyevdəki ofisində yalnız bir nəfər işləyir və heç bir real fəaliyyətlə məşğul olmur. Koronavirus pandemiyası səbəbindən Ukraynadakı “Rossotrudniçestvo”-nun fəaliyyəti virtual məkana köçdü”.

Ekspertin fikrincə, “Rossotrudniçestvo”-nun keçmiş SSRİ ölkələrindəki nümayəndəliklərini bağlamaq məsələsi aktualdır: “Bunlar Rusiya təbliğatının əsl mərkəzidir. “Rossotrudniçestvo” nümayəndəliklərinin olduğu ölkələrdə qanuni örtük altında casusluq fəaliyyəti aparmaq da mümkündür. Bu da öz növbəsində, Ukraynadan danışsaq, hibrid müharibə, Rusiya Federasiyasının müharibə aparmadığı ölkələrdən danışırıqsa, hibrid aqressiya aparma ehtimalını asanlaşdırır”.

Xatırladaq ki, “Rossotrudniçestvo” dünyanın 80 ölkəsində 97 nümayəndəliyi ilə təmsil olunur: 62 ölkədə 73 Rusiya elm və mədəniyyət mərkəzi, 21 ölkədə səfirlik tərkibində Agentliyin 24 nümayəndəsi fəaliyyətdədir. “Rossotrudniçestvo”-nun Azərbaycanda da filialı var. Ona Rusiya parlamentinin aşağı palatasında Tatarıstanı təmsil edən Rusiya Dövlət Dumasının keçmiş deputatı İrek Zinnurov rəhbərlik edir.

“Rossotrudniçestvo”-nun mətbuat katibi Nadana Fridrixsondur. O, dəfələrlə Azərbaycanda olub, həm də ölkəmizlə əlaqəli romantik bir macəranın xatirəsinə Azərbaycan dilində döyməsi də var. Ancaq bu yaxınlarda bu xanım absurd və təxribat xarakterli açıqlamalar verməyə başladı.

Bunlardan biri “Russia Today” telekanalında “Gözəl Rusiya bu-bu-bu” verilişində səsləndi. Bəli, Marqo Simonyan tərəfindən idarə olunan kanalda. Və bu vəziyyəti nəzərə alaraq Nadananın Dağlıq Qarabağın Azərbaycana aid olmasını şübhə altına alması təəccüblü deyil. “Gəlin, Qarabağa Qarabağ deyək!”, - deyə Fridrixson bas səslə hayqırdı.

O zaman Maksim Şevçenko ona ağlabatan və əsaslı cavab verdi. Ancaq söhbət onun cavabında deyil, “Rossotrudniçestvo”-nun mətbuat xidmətinin mövqeyindədir. Həmin təşkilatın ki, Ukraynada sanksiyalara məruz qalıb. Həmin təşkilatın ki, sıralarında ölkəmizə qarşı hibrid aqressiya edilə bilər.

Rusiya tərəfi açıq-aşkar inkar etməyə çalışsa və tətbiq olunmadığı iddia edilsə də, Azərbaycan tərəfindən bütün dünyaya əksi sübut olunan “İskəndər-M” ilə yaşanan qalmaqalı nəzərə alsaq, ölkəmizdə “Rossotrudniçestvo”-nun bir filialının faəliyyətinə və ümumiyyətlə onun mövcudluğuna münasibəti yenidən qiymətləndirmək olduqca məntiqli olardı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar