Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Paşinyanla Köçəryan arasında seçim etmək zorunda qalacaq?

Moskva Köçəryanı hakimiyyətə gətirərsə, Paşinyanın hələ də güclü dəstəyə sahib olması və erməni cəmiyyətində rusofobiyanın da artması fonunda Ermənistandakı mövqelərini gücləndirə biləcəkmi?..

Politoloq: “Ermənistan keçiriləcək növbədənkənar seçkilərin müqəddəratı Moskva şəhərində həll edilir”.

Ermənistan vətəndaşları isə yeni müharibədən qorxurlar. Onlar Qarabağ uğrunda yeni döyüşlərdə iştirak etmək istəmirlər”.

Bu sözləri politoloq Zaur Məmmədov bu gün Moskvada Putinlə Paşinyanın baş tutacaq görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada görüşəcəklər.

Baş nazirin istefa verib-verməməsi məsələsinin Yerevanın daxili işi olduğunu hər zaman bəyan edən rəsmi Kreml bu dəfə Ermənistanda erkən seçki məsələsinin Moskvada da müzakirə olunacağını gizlətmir.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə dünən bildirib ki, Putin və Paşinyan Ermənistandakı seçki prosesi, eləcə də Ermənistanla Rusiya arasında “sıx əməkdaşlıq” la əlaqəli digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

İki gün öncə Vladimir Putinin Ermənistanın eks-prezidenti Robert Koçaryanla söhbət etdiyini və Köçəryanın Moskvada olduğunu nəzərə alsaq, Ermənistanla bağlı vəziyyət daha maraqlıdır.

Bəs Kreml Paşinyanla Köçəryan arasında seçim etmək zorunda qalacaq, yoxsa artıq bu seçim edilib?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Bu gün Ermənistan vətəndaşları hakimiyyətə rusmeyilli kiminsə, yaxud da Köçəryanın gəlməsini istəmirlər”.

Əgər Ermənistanda “Qarabağ klanı” yenidən hakimiyyətə gələrsə, üçtərəfli bəyanatın pozuntularının daha geniş şəkildə müşahidə edəcəyimizi proq”noz edən politoloq PİAaz-a bildirib ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Ermənistan Rusiyadan imtina etməyəcək:

Ermənistan keçiriləcək növbədənkənar seçkilərin müqəddəratı Moskva şəhərində həll edilir. Ötən həftə Köçəryanın onlayn şəkildə Putinlə görüşməsi, bu gün isə Paşinyanın Putin arasında ilk müzakirə olunacaq mövzu sözsüz ki, bu şəxslərin hakimiyyətə gələcəyi təqdirdə Ermənistanda aparacaqları siyasətlə bağlıdır. Həmçinin həmin şəxslərlə Dağlıq Qarabağ mövzusu, Azərbaycanla və Rusiya ilə münasib məsələləri müzakirə olunacaq.

Çox güman ki, Rusiyanın Müdafiə Nazirliyindən tutmuş ayrı-ayrı generallar, Rusiya Xarici İşlər Nazirliyi və orada ermənilərə yaxınlığı ilə seçilən siyasi institutlara qədər Ermənistanda Köçəryanın hakimiyyətə gəlməsinin tərəfdarlarıdırlar. Rusiya prezidenti Vladimir Putinin Robert Köçaryanla olan münasibəti də hər kəsə bəllidir.

Paşinyanın isə Putinlə görüşü tək Moskvanın ona dəstək verməsi üçün keçirilmir. Rəsmi Moskva çox yaxşı bilir ki, Ermənistanda böyük xalq kütləsi Paşinyanın yanındadır. Buna görə də Moskva fakt qarşısında dayanıb və itirilmiş mövqeyini bir daha da Paşinyana zərbə vurmaqla itirmək istəmir. Bu gün Ermənistan vətəndaşları hakimiyyətə rusmeyilli kiminsə, yaxud da Köçəryanın gəlməsini istəmirlər. Bu faktdır. Ermənistanda əksər vətəndaşlar Qərbyönümlü şəxsin hakimiyyətə gəlməsində maraqlıdır.

Zaur Məmmədov: “Gələcəkdə biz Ermənistanın daha da Rusiyanın nəzarəti altına keçəcəyinin şahidi olacağıq”.

Digər məsələ ondan ibarətdir ki, əgər Ermənistanda “Qarabağ klanı” hakimiyyətə gələrsə, üçtərəfli bəyanatın pozuntularının biz daha geniş şəkildə müşahidə edə bilərik. Ermənistan vətəndaşları isə yeni müharibədən qorxurlar. Onlar Qarabağ uğrunda yeni döyüşlərdə iştirak etmək istəmirlər.

Hər halda Ermənistanda keçiriləcək seçkilər olduqca vacibdir. Ələxsus Qarabağ ərtafında baş verənlərdən sonra bu seçkilər önəmlidir. Həm də Ermənistan MDB məkanında Rusiyanın əlaltısı rolunda çıxış etməkdədir. Düzdür Paşinyan hakimiyyətə gələndən sonra Moskva ilə İrəvan arasında münasiblər kəskin soyuqlaşdı. Lakin Rusiyanın bu ölkədə iqtisadi və hərbi riçarqları o qədər böyükdür ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Ermənistan Rusiyadan imtina etməyi bacarmayacaq. Əksinə gələcəkdə biz Ermənistanın daha da Rusiyanın nəzarəti altına keçəcəyinin şahidi olacağıq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Ermənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar