Çərşənbə axşamı, 13 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Sorğu Paşinyanı öndə göstərir

Armeniasputnik.am saytı Ermənistanda gözlənən növbədənkənar parlament seçkisi ilə bağlı internet sorğusunu davam etdirir.

Parlament seçkisinin ilkin tarixi kimi iyunun 20-si göstərilir. Rəsmiləşmə üçün bu ay baş nazir Nikol Paşinyan istefa verməli, iki həftə ərzində qanunverici orqan buraxılmalıdır.

Novator.az bildirir ki, aprelin 6-na olan nəticələrə görə, Armeniasputnik.am saytının “Parlament seçkisində kimə səs verəcəksiniz” sualı ilə keçirdiyi internet sorğusuna qatılanların 31,1%-i baş nazir Nikol Paşinyan və onun komandasına dəstək verir.

Sabiq prezident Robert Köçəryan və onun komandası 30,3%-lə ikinci yerdə gedir.

Deputat Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası 7,2%, radikal Sasun Dəliləri Hərəkatı 5,6%, keçmiş baş nazir Karen Karapetyan 5% nəticə göstərir.

Adı sorğuya daxil edilmiş digər qüvvələr belə sıralanır:

Daşnaksütun Partiyası – 2,1%

Artak Tovmasyanın Üçüncü Qüvvə Partiyası – 1,4%

Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası – 1,2%

Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası – 1,1%

sabiq prezident Serj Sərkisyanın Ermənistan Respublika Partiyası – 0,7%.

Respondentlərin 3,9%-i başqa qüvvələrə üstünlük verir, 9,7%-i isə heç kimə etimad etmir.

Parlament seçkisi partiya siyahıları – tam proporsional sistem əsasında təşkil olunmalıdır. Qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.

Əksəriyyəti Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyasının üzvü olan “Mənim addımım” blokunun 132 nəfərlik Ermənistan parlamentində 83, Çiçəklənən Ermənistan Partiyasının 23, İşıqlı Ermənistan Partiyasının 17 mandatı var. 9 deputat fraksiyasızdır.

1975-ci il təvəllüdlü Nikol Paşinyan 2018-ci il mayın 8-dən baş nazirdir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

İddia: “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? 

Məşhur aparıcı Moskva toylarından danışdı: “Pul üstündə gedən davaları görərdiniz” - Video

“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib - Anbaan video

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib - Yenilənib 2

Rusiyanın Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı önəmli açıqlama - Yenilənib

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

Erməni mətbuatı: Paşinyan Xocalı cəlladını Araikin yerinə gətirir? 

Bakıda dəhşət: 14 yaşlı oğlan məktub yazıb özünü binadan atdı

Nazir Xocavənd üzrə yeni nümayəndə təyin edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay