Çərşənbə axşamı, 13 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ceyhun Bayramov Türkiyə səfiri ilə görüşüb

Aprelin 7-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan ən yüksək səviyyəli münasibətlərin inkişafında səfir qismində Erkan Özaralın rolunu məmnunluqla qeyd edərək, bu xüsusda verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.

Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin, o cümlədən səfirlərin üzərinə böyük məsuliyyət qoyduğunu bildirən nazir Ceyhun Bayramov, Azərbaycandakı diplomatik fəaliyyəti müddətində səfir Erkan Özaralın bu önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini və ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin elçisi qismində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Səfir Erkan Özaral Azərbaycanı Türkiyədən ayırmadığını və bunun hər zaman belə olacağını bildirib. O, Azərbaycan üçün çox önəmli bir dövrdə səfir qismində çalışmaqdan qürur hissi keçirdiyini söyləyib və diplomatik fəaliyyəti müddətində ona göstərilən yüksək diqqət və əməkdaşlığa görə təşəkkürünü ifadə edib. İki ölkə arasında səfərlər üçün viza tələbinin aradan qaldırılmasını və vətəndaşlarımızın artıq şəxsiyyət vəsiqəsi əsasında səfər edə biləcəklərini məmnunluqla vurğulayan səfir, bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.

Nazir Ceyhun Bayramov Erkan Özaralın növbəti vəzifəsinin öhdəsindən də yüksək peşəkarlıqla gələcəyindən əminlik ifadə edərək, səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dilqəm Əsgərov “Həsən necə öldürülüb?” sualına əsəbləşdi – “Bunu Paşinyanın dostu Şahbazdan soruşun”

Lavrov Türkiyəyə xəbərdarlıq etdi: “Ab-havanı qızışdırmasınlar“

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

İddia: “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? 

Məşhur aparıcı Moskva toylarından danışdı: “Pul üstündə gedən davaları görərdiniz” - Video

“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib - Anbaan video

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib - Yenilənib 2

Rusiyanın Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı önəmli açıqlama - Yenilənib

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

Erməni mətbuatı: Paşinyan Xocalı cəlladını Araikin yerinə gətirir? 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay