Çərşənbə axşamı, 13 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycana gətirilən elektron siqaretlərə aksiz dərəcəsi artırılıb

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, məqsəd sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması və aksizli məhsullardan istifadə üzrə qarşıya qoyulan hədəflərə mərhələli şəkildə nail olmaqdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 aprel 2021-ci il tarixli 87 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli 20 nömrəli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən:

- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və hər kiloqramına 30,0 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;

- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və 1000 ədədinə 12,9 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;

- tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üzrə aksiz dərəcəsi 1000 ədədinə 31,0 manatdan 43,0 manata;

- tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlər üzrə aksiz -dərəcəsi 1000 ədədinə 39,0 manatdan 43,0 manata;

- elektron siqaretlər üçün maye üzrə aksiz dərəcəsi hər litrinə 20 manatdan 100 manata artırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

İddia: “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? 

Məşhur aparıcı Moskva toylarından danışdı: “Pul üstündə gedən davaları görərdiniz” - Video

“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib - Anbaan video

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib - Yenilənib 2

Rusiyanın Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı önəmli açıqlama - Yenilənib

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

Erməni mətbuatı: Paşinyan Xocalı cəlladını Araikin yerinə gətirir? 

Bakıda dəhşət: 14 yaşlı oğlan məktub yazıb özünü binadan atdı

Nazir Xocavənd üzrə yeni nümayəndə təyin edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay