Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asadjon Xojayev: “Gəncədə hərbi əməliyyatlar nəticəsində mülki əhalinin zərər çəkdiyini gördük”

“Biz bundan əvvəl Ağdam şəhərinə səfər etdik və Ağdamdan Gəncəyə gəldik. Biz Gəncədə hərbi əməliyyatlar nəticəsində mülki əhalinin zərər çəkdiyini gördük”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə birlikdə Gəncədə Ermənistanın raket zərbələri nəticəsində dağıntıya məruz qalmış binalara baş çəkən Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.

Asadjon Xojayev deyib ki, uşaqların hərbi əməliyyatlardan zərər çəkdiyini görmək çox dəhşətlidir: “Biz bu gün Ağdamda çox dəhşətli dağıntılar gördük. Biz bir tərəfdən çox şadıq ki, Azərbaycan torpaqlarına sülh gəlib, inkişafın yeni mərhələsi başlayıb. Türk Şurasına üzv ölkələr bərpa prosesində Azərbaycana kömək edəcək. Bu yaxınlarda Özbəkistan Prezidenti bəyan edib ki, Özbəkistan inşaatçıları, mühəndisləri, mütəxəssisləri Dağlıq Qarabağda infrastrukturun, tarixi abidələrin, məscidlərin bərpasında aktiv iştirak edəcək. Bir daha qeyd edim ki, Özbəkistan uşaqların təhsil alması üçün Qarabağda təmənnasız məktəb tikəcək və Azərbaycan xalqına hədiyyə edəcək.  ”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar