Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert Stanislav Pritçin: “Qarabağda hərbi əməliyyatların bərpası riski minimumdur”

“Qarabağda hərbi əməliyyatların bərpası riski minimumdur, ancaq sualtı daşlar var”. 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında “Avrasiya İnkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin bildirib. 

S. Pritçin deyib ki, fors-major vəziyyəti mümkündür: “Ümumilikdə, geopolitik güclər, hərbi-strateji diplomatik, beynəlxalq-hüquqi vəziyyət hərbi əməliyyatların bərpası riskini 99 faiz minimallaşdırır. Ermənistanın mövcud status-kvonu dəyişdirmək üçün resursları, imkanları yoxdur. Azərbaycanın qarşısında iqtisadi fəaliyyət, İrəvanla münasibətləri normallaşdırmaq dayanır. Hazırkı status-kvo Azərbaycanın maraqlarına uyğundur. Vəziyyət nisbətən stabildir. Nə erməni, nə də Azərbaycan analitikləri Qarabağ üzrə razılaşmadan çıxmaqla bağlı neqativ ssenarini nəzərdən keçirmirlər. Qarabağla əlaqədar Bəyanatın əsas  müddəaları yerinə yetirilir, məsələlər tədricən həllini tapır. Optimal ssenari bütün məsələlərin tənzimlənməsi, iqtisadi fəallıq, erməni-Azərbaycan münasibətlərinin normallaşmasıdır. Bəli, bu, bu gün bir az fantastik görünür. Bu, çoxillik işdir, qarşıda bir çox məsələlərin həlli durur, sualtı daşlar və risklər var”.

pia.az 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar