Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli ekspert: "Altı ölkədən ibarət regional əməkdaşlıq platforması çox əla bir təklifdir"  

"Altı ölkədən ibarət regional əməkdaşlıq platforması çox əla bir təklifdir".

APA-nın məlumatına görə, bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Maltəpə Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər şöbəsinin professoru Həsən Ünal deyib.

O bildirib ki, Türkiyə - Azərbaycan münasibətləri dünyada oxşarı olmayan münasibətlərdən biridir: "Həqiqətən mərhum Heydər Əliyev çox doğru şəkildə qeyd etmişdi ki,  biz iki dövlət bir millətik. Qarabağ müharibəsindən sonra  bu ifadənin heç də boş yerə deyilmədiyi,  çox vacib və həqiqi olduğu meydana çıxdı. Azərbaycan dünyadakı geosiyasi düzənin dəyişməsi, çoxqütblü dünya düzəninin meydana çıxması və bu bölgədə xüsusilə yeni bir geosiyasi vəziyyətin yaranması sayəsində və ən əsası öz gücü və sərgilədiyi uğurlu bir diplomatiya ilə Qarabağ müharibəsində qalib gəldi".

Professor Ünal bu qələbədə Türkiyənin dəstəyinin və eyni zamanda Türkiyə-Rusiya yaxınlaşmasının verdiyi müsbət nəticələrin də olduğunu qeyd edib: "Qarabağ müharibəsindəki qələbənin Azərbaycan üçün çox vacib hərbi  və xüsusilə də psixoloji  nəticələri olacaq. Belə ki, bir çox ölkələr milli birliyini, beynəlxalq bütövlüyünü milli qurtuluş müharibəsi üzərində inşa edir. Bu, Azərbaycan üçün milli qurutuluş müharibəsi olmasa da, torpaqlarını geri qaytarmağı bacaran bir ölkə olaraq psixoloji üstülüyü ələ keçirib. Bu millətlərin tarixi baxımından çox vacibdir.  

Məsələn, Türkiyə böyük Atatürk sayəsində  Birinci Dünya Müharibəsindən məğlub çıxmış bir ölkə olaraq qalib ölkələrin irəli sürdüyü Sevr anlaşmasını qəbul etmədi, milli mücadiləyə başladı və böyük uğura imza ataraq çox böyük bir psixoloji üstünlük əldə etdi.  Həmin psixoloji üstünlük Türkiyənin böyüməsində, inkişafında həmişə yanında oldu. Biz heç bir zaman Türkiyə olaraq başqa millətlərə qarşı intiqam duyğusu içində olmamışıq. Etməmiz vacib olan torpaqlarımız alıb dövlətimizi qurmaq idi və biz bunu etdik və beynəlxalq aləmdə tanındıq.

Təbii ki, Azərbaycanın vəziyyəti və şərtlər fərqlidir. Amma Azərbaycanın psixoloji üstünlüyü ələ keçirməsi bu mənada çox vacibdir. Bundan sonra Azərbaycan Cənubi Qafqazın həm iqtisadi, həm hərbi, həm də diplomatik lideri oldu. Lider və açar ölkə olduğunu sübut etdi".

Türkiyənin bu dövrdə Azərbaycana dəstəyinə toxunan siyasi ekspert bunun gözlənilən olduğunu vurğulayıb. "Türkiyədə hər hansı  hökumət bu dəstəyi verməlidir. Bu baxımdan Türkiyədəki hazırkı hökumətin sərgilədiyi siyasət də çox vacib xalq dəstəyinə sahibdir. Xalq Azərbaycanla bağlı hökumətin siyasətinə dəstək verdi.  Hökumətin bu istiqamətdə siyasəti fövqəladə idi və nəticəsi də oldu."

Müharibədən sonra regionda vəziyyətlə bağlı  siyasi ekspert bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin regional əməkdaşlıq baxımından irəli sürdüyü prespektivlər tamamilə önəmlidir və yerindədir. "Altı ölkədən ibarət regional əməkdaşlıq platforması çox əla bir təklifdir. Bu platformaya digər beş ölkənin qatılmaması üçün heç bir səbəb yoxdur. Gürcüstan və Rusiya arasında problemlər buna maneə kimə görünə bilər, amma bu, baş verməyə də bilər. Gürcüstan bu layihədə Rusiya ilə dolayı əməkdaşlıq edə bilər. Yəni, bu ölkə Azərbaycanla, Türkiyə ilə, İranla  əməkdaşlıq edərək dolayı yolla Rusiya  ilə da əməkdaşlıq edə bilər. Əlbəttə ki, bu Gürcüstanın öz seçimidir. Amma ümumilikdə, bu altılıq platforması çox yerində bir təklifidir və hər kəs üçün səmərəli ola bilər. Düşünürəm ki, bu platforma yaradılacaq".

Ermənistanın hazırda ağır bir travma yaşadığını qeyd edən professor Ünal deyib ki, Ermənistanın öz miflərinin üzərində qurduğu gerçək olmayan dünyası məhv olub: "İndi onlar yeni bir dünya yaratmalı və həqiqətlərlə üzləşməlidirlər.  Bu baxımdan mən xüsusilə Azərbaycan Prezidentinin konstruktiv yanaşma nümayiş etdirdiyini görürəm və buna çox şadam. Çünki Azərbaycan Prezidenti Ermənistan tərəfinin psixolojisinə zərə verən, onu incidən bir şey demir. Çünki belə situasiyalarda qarşı tərəfi incidəcək, onların psixologiyasına məhəl qoymamaq kimi addımlar atmaq  xeyirli deyil. Bunun ölkələr üçün heç bir faydası yoxdur. Amma bunu da qeyd etmək lazımdır ki, nə Türkiyə, nə də Azərbaycan Ermənistanın özünə gəlməsi və həqiqətlərlə də üzləşməsini uzun müddət gözləyə bilməz. Türkiyə və Azərbaycan yoluna davam edəcək. Azərbaycan onsuz da dəyişən, inkişaf edən bir ölkədir. Bu ölkəyə hər səfərimdə mən buna şahid oluram. Türkiyə isə artıq regional gücə çevirilib".

Türkiyəli siyasi ekspert deyib ki, Türk dünyası ölkələrində də artıq bir canlanma başlayıb: "Məsələn, 1990-cı illərdə, birinci Qarabağ müharibəsi dövründə Türk dünyası ölkələri Azərbaycanın çətin vəziyyətində dəstək vermədi. Fəqət bu dəfə  bu ölkələr, Türk Şurası Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış etdi. Burda əməkdaşlığın müsbət inkişafına əngəl olacaq heç bir səbəb yoxdur. Lakin düşünürəm ki, bu əməkdaşlığı çox şişirtmək, mübaliğə etmək doğru deyil. Başqa ölkələri narahat edən bir  görüntü yaratmaq doğru olmazdı. Bəyan etmək lazımdır ki, Tük dünyasının istər Qafqazda, istərsə də Orta Asiyadakı fəaliyyəti nə Rusiyaya, nə də Çinə və ya İrana qarşı deyil, əksinə, onlarla əməkdaşlığı inkişaf etdirmək üçündür və bu belə də davam etməlidir".

Azərbaycanın xarici siyasətinə və diplomatiyasına toxunan siyasi ekspert bunu nümunə olduğunu deyib:  "Azərbaycan həm müharibdən qabaq həm müharibə dövründə həm də sonra İran və İsrail kimi ölkəni öz yanında saxlaya bildi. Bu asanlıqla  nail olunacaq bir şey deyil".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar