Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici işlər naziri “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada iştirak edib

11 aprel 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib.

Xarici İşlər Nazirliyinin Mərbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, tədbirə dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri qatılıblar.

Nazir Ceyhun Bayramov tədbir iştirakçılarına münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlər, işğal faktorunun aradan qaldırılması ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə ciddi riayət edilməsi əsasında AzərbaycanErmənistan arasında münasibətlərin normallaşdırılması imkanının yaranması, azad edilmiş ərazilərdə vəziyyət, Ermənistan tərəfindən törədilmiş geniş miqyaslı dağıntılar və qanunsuz fəaliyyət barədə ətraflı məlumat verib.

Azad edilmiş ərazilərin bərpa, yenidənqurma və reinteqrasiyasından bəhs edən nazir, bu ərazilərə həyatın yenidən qaytarılması üçün görülən tədbirlərdən danışıb.

Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlər barədə iştirakçıları məlumatlandırıb, bu xüsusda Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrinin Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist açıqlamaları və digər məsələləri vurğulayıb. 

Tədbirin sonunda nazir iştirakçıların çoxsaylı suallarını cavablandıraraq, bölgədə Rusiya sülhməramlılarının rolu, beynəlxalq təşkilatların hazırkı prosesə mümkün töhfəsi, Azərbaycana qarşı aparılan dezinformasiya və saxta məlumatların yayılması ilə mübarizə, regional əməkdaşlıq imkanları və digər məsələlər barədə Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar