Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı və Abşeronda evlərdən 11 min manatlıq oğurluq edilib

BakıAbşeronda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 10-da rayon ərazisindəki evlərin birindən 4 358 manat dəyərində inşaat materialları oğurlanıb. Sabunçu polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Vəliyev və Q.Məmmədov müəyyən edilərək saxlanılıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə müxtəlif vaxtlarda rayon ərazisindəki üç evdən ümumilikdə 4 ədəd televizor, 2 ədəd kondisioner, 2 ədəd su mühərriki, 1 ədəd çadır, 1 ədəd samovar, 5000 manat dəyərində 2 ədəd xalça, 4 ədəd tikiş maşını, 1 ədəd qəlyan, 1 750 manat dəyərində məişət əşyaları, habelə N.Fətəliyevin evindən İJ-43 markalı ov tüfəngi, məişət əşyası, təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakinləri N.Məmmədov və əvvəllər məhkum olunmuş V.Qasımov saxlanılıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar