Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Ali Məhkəmə qavğası - Bayden liberalları məmnun edə biləcəkmi?

ABŞ-da məşhur olan “Ali Məhkəməyə nəzarət edən güc, bütün ölkəyə nəzarət edər”, sözü son zamanlarda daha sıx dilə gətirilir...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 13 aprel 2021-ci il

Amerika cəmiyyəti tarixin ən dərin mədəni-siyasi qütbləşməsini yaşayır. Mədəniyyətlə bağlı hər şey siyasətlə də əlaqəlidir. Amerika məhkəmə sistemi də bu bölgüdən çox təsirlənir. 9 hakimdən ibarət olan Ali Məhkəmə siyasət və “mədəniyyət müharibələri” ilə bağlı olan bir çox məsələnin həllində effektiv bir qurumdur.

İki partiyanın fərqli mövqelərə sahib olduqları bütün məsələlərdə Ali Məhkəmənin qərarları siyasi gündəmini təkmilləşdirmək istəyən ABŞ prezidentləri üçün də müəyyənedici olur. ABŞ-da məşhur olan “Ali Məhkəməyə nəzarət edən güc, bütün ölkəyə nəzarət edər”, sözü son zamanlarda daha sıx dilə gətirilir. Bu səbəbdən, mühafizəkarlar və liberallar Ali Məhkəmə hakimlərinin yaxın adamlardan seçilməsinə xüsusi əhəmiyyət verirlər.

Ömürlük vəzifədə olmaları üçün ABŞ prezidenti tərəfindən təklif edilən Ali Məhkəmə hakimləri üçün son mərhələ Senatın təsdiqidir. Senatda çoxluğu əlində tutan partiya üstünlük qazanır. Hazırkı 9 hakimdən 3-nü Tramp seçib. Tramp federal bölgə məhkəmələrinə təxminən 200 hakim təyin edib. Trampın bir çox namizədlərinin mühafizəkar vəkillər təşkilatı olan “Federal Cəmiyyət” tərəfindən dəstəklənməsi də geniş müzakirələrə səbəb olub.

ABŞ prezidentləri istefa və ya ölüm səbəbi ilə boşalan Ali Məhkəmə yerləri üçün yeni namizədlər də təklif edirlər. Ali Məhkəmədə 6 mühafizəkar və 3 liberal hakim fəaliyyət göstərir. Buna görə də, demokratlar və liberallar məhkəmənin sağa doğru irəlilədiyindən şikayətlənirlər.

Lakin liberalların ən böyük itkisi 2020-ci ildə 87 yaşlı hakim Rut Beder Ginsburqun ölümü oldu. Ginsburqun ölümü ilə mühafizəkarlar Məhkəmədə çoxluq qazandılar. Trampın Ali Məhkəmədəki boş yerlərə radikal katolik kimi tanınan gənc vəkilləri seçməsi isə liberal demokratlar tərəfindən narazılıqla qarşılanıb.

Solçu Demokratlar Ali Məhkəmənin strukturunu dəyişdirmək üçün bir müddətdir həmlələr edirlər. Digər tərəfdən Co Bayden prezident seçkiləri dövründə Məhkəmə quruluşunun dəyişdirilməsi ilə bağlı suallara dəqiq cavab verməkdən yayınırdı. Bununla yanaşı, partiyanın daxilindəki təzyiqlər Baydeni “məhkəmə islahatı”da da məcbur edir. “Demand Justice” (Ədaləti tələb et) adlı liberal bir təşkilat da Ali Məhkəmənin ən yaşlı hakimi olan Stefen Brayerin təqaüdə çıxması üçün kampaniya başladıb. 1994-cü ildə Bil Klinton tərəfindən seçilən Brayer Məhkəmənin liberal üzvləri arasındadır. Seçki kampaniyası dövründə Bayden bir qaradərili qadını Ali Məhkəmənin hakimi seçəcəyini açıqlamışdı. Solçu demokratlar indi Baydeni vədinə əməl etməyə çağırırlar. Baydenin yeni hakim seçməsi üçün Ali Məhkəmədə bir yer boşaldılmalıdır. 82 yaşlı Brayer də istefasının hüquq sistemində inamsızlıq yaradacağını düşünür. Obamanın prezidentliyi dövründə hakim Ginsburqdan da istefa etməsi tələb edilmişdi. Lakin Ginsburq istefanı hüquqi etikaya uyğun hesab etməmişdi. Tramp da 2020-ci ildə vəfat edən Ginsburqun yerinə radikal mühafizəkar bir gənc qadını seçdi. Solçu demokratlar üçün Trampın gənc simaları seçməsi mühafizəkarların on illər boyunca məhkəməyə nəzarət etməsi mənasına gəlir.

“Demand Justice” təcili olaraq, həm Ali Məhkəmə hakimlərinin vəzifə müddətinin azaldılmasını, həm də 4 üzvün əlavə edilməsini tələb edir. Solçu liberallar az fərqlə də olsa, Senatda çoxluğu təşkil edən demokratlara güvənirlər. Beləliklə, liberallar Bayden tərəfindən seçilən 4 yeni üzvlə Ali Məhkəmədə çoxluq qazanmış olacaqlar.

Partiya daxilindəki təzyiqlərə görə Bayden məhkəmə məsələlərini müzakirə etmək üçün bir komissiya qurulmasını əmr edib. Komissiyanın Respublikaçılar və Demokratların əsas qanadlarına yaxın vəkillərdən ibarət olması diqqət çəkib. Sol liberal dairələr bir qədər məyus olsalar da, Trampın məhkəmə təyinatlarında olduqca təsirli olan “Federal Cəmiyyət” Komissiya üzvlərinin seçilməsindən razı qalıb.

36 nəfərlik Komissiya 180 gün ərzində gördüyü işlərin nəticələri barədə hesabat verəcək. Əslində, Respublikaçılarla normal münasibət qurmaq istəyən Bayden yavaş-yavaş solçu liberalların təcili tələblərinin üstündən keçmək istəyir. Bunun ən yaxşı yolu da işi Komissiyaya tapşırmaqdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar