Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brayza: “Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin şansı qalmayıb”

“Bu gün bizim çox əla konfransımız oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında çox açıq idi, ona verilən çoxsaylı suallara səmimi və dürüst şəkildə cavab verdi. Bununla beynəlxalq ekspertlərin Azərbaycanın müharibəni belə minimum itkilərlə necə aparması barədə daha yaxşı fikir formalaşdı. Əliyevin də dediyi kimi, Azərbaycanın perspektivindən baxdıqda, Qarabağ münaqişəsi bitib, artıq həll olunub. 2020-ci il noyabrın 9-da qəbul olunan bəyanat elə bu barədədir”.

Bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Onun fikrincə, bu, onların illər ərzində Minsk Qrupu çərçivəsində “Madrid prinsipləri”nə əsaslanan həll yolunun bənzəridir: “Bu prinsipləri 2009-cu ildə ErmənistanAzərbaycan tərəfi qəbul etmişdi. Beləliklə, bu nəticə ədalətlidir, çünki ortada hər iki ölkənin razılığı var. Olmayan isə Dağlıq Qarabağın qanuni statusu ilə bağlı məsələdir. Dağlıq Qarabağın qanuni statusu ilə bağlı məsələnin şansı qalmayıb, çünki Ermənistan müharibəni uduzub”.

Sabiq həmsədrin sözlərinə görə, Prezident Əliyev deyib ki, Azərbaycan tarixində bu münaqişə ilə bağlı səhifə artıq qapanıb: “O, həqiqətən də gələcəyə doğru irəliləmək istədiyini, müharibəni və münaqişəni əbədi olaraq arxada qoymaq istədiyini vurğuladı.

Lakin Ermənistan münaqişənin sona çatmasını qəbul etməyə hazır deyil. Buna zaman lazım olacaq və psixoloji travma keçəcək, lakin Azərbaycan artıq irəliyə doğru gedir, ərazilərini bərpa edir”.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar