Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri

Sosial şəbəkələrdə, Azərbaycan hərbçilərinin telegram-qruplarından birində 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın atdığı “İsgəndər” raketinin ordumuzun silahlanmasında yer alan, İsrail istehsalı “Barak-8” zenit-raket kompleksi ilə vurulmasına aid olduğu bildirilən görüntülər yayılıb. Virtualaz.org xəbər verir ki, bu görüntülərin yayılması Şuşa ətrafında “İsgəndər-M” raketinin qalıqlarının aşkar edilməsi məsələsinə görə Azərbaycanın Rusiya tərəfindən izahat istədiyi bir vaxta təsadüf edir.

Bir sıra Rusiya online-nəşrləri dərhal bu görüntüləri yayıblar və hərbi ekspertlər “İsgəndər” raketinin “Barak-8”lə vurulması faktı təsdiqlənərsə Rusiya silahlarının imicinin ciddi zədə alacağını deyiblər.

Bundan əvvəl Azərbaycandan yüksək rütbəli hərbi mənbə “Middle East Eye” nəşrinə bildirmişdi ki, müharibə zamanı Ermənistanın tətbiq etdiyi “İsgəndər” raketlərindən birini “Barak-8” zenit-raket kompleksi vurub.

Sosial şəbəkələrdə habelə Azərbaycan ordusunun İsraildən alınan yüksək dəqiqlikli, 400 kilometr mənzilli “LORA” operativ-taktiki raketləri 44 günlük müharibə zamanı tətbiq etməsini əks etdirən görüntülər də yayılıb. Xatırladaq ki, Azərbaycan ordusu bu raketlə Laçın dəhlizində, Zabux çayı üzərində yerləşən körpünü və Şuşada erməni polislərinin cəmləşdiyi binanı vurduğu bəllidir.(Virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar