Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Operativ Qərargah Bakıda iki kütləvi yarışın keçirilməsinə icazə verdi

Nazirlər Kabineti yanında Operativ Qərargah may ayında təşkil ediləcək bədii gimnastika üzrə Dünya kubokunu və idman aerobikası üzrə Dünya çempionatını Bakıda keçirməyə icazə verib.

Virtualaz.org xatırladır ki, Dünya kuboku 7 - 9 may, Dünya çempionatı isə 21 - 23 may və 27 - 29 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, bu, pandemiya başladıqdan sonra Azərbaycanda ilk kütləvi yarışma olacaq. Bağlı idman tədbirləri arasında əvvəllər yalnız bir dəfə - Azərbaycan milli komandasının iştirakı ilə Avropa çempionatının futzal seçmə oyunları üçün rəqib komanda Bakıya gələndə istisna edilmişdi.

Qərargah, bu yarışların keçən ildən təxirə salındığını nəzərə alaraq Dünya kuboku və Dünya çempionatının keçirilməsi təklifini bəyənib. Həmçinin nəzərə alınıb ki, Bakıda keçiriləcək Dünya kuboku Tokio Olimpiadasına vəsiqə qazandırır və baxımdan onun keçirilməsi mütləqdir.

Təbii ki, Azərbaycan Gimnastika Federasiyası qarşısında karantin rejiminin bütün tələblərinə əməl olunması və yarışların tamaşaçısız keçirilməsi şərti qoyulub.

Onu da vurğulamağa dəyər ki, xarici nümayəndə heyətlərinin gəlişi, artıq bir ildən çoxdur turistlərin olmaması ilə əlaqədar boş olan Bakı otellərinin maliyyə vəziyyətinə müsbət təsir göstərəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar