Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Yerevana 211 milyon dollar gedib?

2018-ci ildə Azərbaycandan Yerevana 211 milyon dolların köçürülməsi barədə yayılan məlumatlar Ermənistanda növbəti siyasi qalmaqala səbəb olub.

Virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, “İşıqlı Ermənistan” parlament fraksiyasından olan deputat Armen Yegiazaryan bəyan edib ki, o, Milli Təhlükəsizlik Xidmətindən (MTX) onların, 2018-ci ildə 211 milyon dolların Azərbaycandan Ermənistana köçürülməsi ilə heç bir əlaqəsinin olmadığı barədə cavab alıb.

"Bir neçə gün bundan əvvəl mən Dünya Bankının hesabatı ilə əlaqədar MTX-ya müraciət etmişdim və bildirmişdim ki, 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dollar köçürülüb.

Bu gün mən MTX-dan cavab aldım, həmin cavabda faktiki olaraq onların bu məsələdə görəcəkləri heç bir işin olmadıgı bildirilir... Ən azından düşmən ölkədən Ermənistana əhəmiyyətli miqdarda pulun köçürülməsi faktına belə laqeyd münasibət qəribədir”, - deyə millət vəkili vurğulayıb.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar