Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ dövlət katibi: “Heç vaxt Əfqanıstanda daimi hərbi mövcudluğumuz barədə düşünməmişik”

“Biz heç vaxt Əfqanıstanda daimi hərbi mövcudluğumuz barədə düşünməmişik”.

APA-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, bunu Əfqanıstanda səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, Əfqanıstanda "Əl-Qaidə" terror qruplaşmasının təhdidləri əhəmiyyətli dərəcədə zəifləyib.

Amerikalı diplomat qeyd edib ki, qoşunların çıxarılmasına baxmayaraq, ABŞ-ın Əfqanıstanla tərəfdaşlığı davam edəcək: “Əfqanıstana iqtisadi, diplomatik, siyasi cəhətdən dəstək verəcəyimizi qeyd edərək demək istərdim ki, son 20 ildə Əfqanıstanda xidmət etmiş qoşunlarımızın fövqəladə cəsarətini, gücünü və fədakarlığını xatırlayacağıq. Biz indi əfqan xalqı ilə tərəfdaşlığımızda yeni səhifə açırıq”.

Taliban”a xəbərdarlıq edən ABŞ dövlət katibi hər hansı hücuma qarşı güclü cavab veriləcəyini vurğulayıb: “Əfqanıstanın milli təhlükəsizlik qüvvələrini dəstəkləməyə davam edəcəyik”.

O vurğulayıb ki, qoşunların çıxarılması iki ölkə arasında strateji münasibətlərin zəifləməsi demək deyil: “ABŞ əfqan xalqına və hökumətinə olan öhdəliklərinə hörmət edəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden mayın 1-dən etibarən qoşunların Əfqanıstandan çıxarılmağa başlanacağını bəyan edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar