Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsgəndər M” raketlərinin Rusiya tərəfindən Ermənistana verilməsi sübut olunarsa,... -Azərbaycan nə edəcək?

Ümumiyyətlə Rusiyanın “yaxın və orta mənzilli raketlərlə bağlı saziş”i pozması Rusiya üçün hansı beynəlxalq məsuliyyət yarada bilər?..

İbrahim Rüstəmli: “Azərbaycan “İsgəndər M” raketlərinə görə Rusiyaya qarşı heç bir addım ata bilməz”.

Əvəz Həsənov: “Mən tam inanmıram ki, “Kommersant” qəzeti “İsgəndər M” raketləri ilə bağlı həqiqəti əks etdirən məlumat yayıb”.

Rusiyanın 2016-cı ildə “İsgəndər M” raketini Ermənistana verməsi haqqında “Kommersant” qəzetinin 2018-ci ilə aid məqaləsi ortaya çıxıb. Məqalədə qeyd edilir ki, 2016-cı ildə Rusiya tərəfi Azərbaycan ordusunun artan gücünə qarşı balans yaratmaq məqsədi ilə “İsgəndər M” raketini Ermənistana verib və bu suyasi qərar olub.

“İsgəndər M” raketinin beynəlxalq qaydalara zidd olaraq Rusiya tərəfindən Ermənistana verilməsi sübut olunarsa, Azərbaycan Rusiyaya qarşı hansı hüquqi addımlar ata bilər? Ümumiyyətlə Rusiyanın “yaxın və orta mənzilli raketlərlə bağlı saziş”i pozması Rusiya üçün hansı beynəlxalq məsuliyyət yarada bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hərbi ekspert İbrahim Rüstəmliyə və konfliktoloq Əvəz Həsənova müraciət edib.

İbrahim Rüstəmli: “Azərbaycanın 44 günlük Vətən müharibəsində sərgilədiyi strateji və taktiki göstəricilər onu sübuta yetirdi ki, bu gün Rusiyanın böyük fəxrlə, qürur hissi ilə dünyaya təqdim etdiyi “İsgəndər” raketləri heç də hərbi sənayenin, hərb elminin ən son uğuru deyil”.

Rusiyanın “İsgəndər M” raketlərinin guya ölkədən qeyri-qanuni çıxarılmasından danışdığını xatırladan ekspert əlavə edib ki, bunlar Rusiya kimi dövləti beynəlxalq müstəvidə gülünc vəziyyətə qoyur:

Azərbaycan “İsgəndər M” raketlərinə görə Rusiyaya qarşı heç bir addım ata bilməz. Əvvəla Azərbaycan öz prezidenti səviyyəsində dəfələrlə bu və ya digər səviyyədə bəyan edib ki, Rusiyadan Ermənistana kontrabanda yolu ilə silah daşınır. Cənab prezident öz çıxışlarında dəfələrlə bu məsələyə işarə vuraraq sual verib, görəsən bütün ölkələrə borcu olan, heç bir iqtisadi uğuru ilə yadda qalmayan, daim infilyasiyalı illər yaşayan bir ölkədə 5 milyard dollarlıq silah haradan idi? Təbii ki, bu sual ilk növbədə Rusiyaya verilir, yaxud da sual verilərkən diqqətdə olan əsas ölkə Rusiyadır. Çünki Rusiya vasitəsilə istər müqavilə, istər müqaviləsiz, istər qanuni, istərsə də qanunsuz şəkildə Ermənistana silah daşınır.

Bu gün bizim Hərbi Qənimətlər Parkındakı sərgilənən silahlarının mütləq əksəriyyəti, hətta deyərdim ki, hamısı Rusiya istehsalıdır,Rusiya hərbi sənayesinə məxsusdur. Buna görə də Rusiyanın Ermənistana silah ötürməsi məsələsi qapalı məsələ deyil. Burada bütün kartla üzdədir və hamı vəziyyətin nə yerdə olduğunu çox yaxşı bilir. Həm Ermənistanda, həm Azərbaycanda adi vətəndaşlar da bilirlər ki, Rusiya ən böyük silah cəbhəxanasını Ermənistana verən ölkədir. Yəni Ermənistan öz cəbhəxanasını məhz Rusiya istehsalı silahlarla formalaşdırır.

“İsgəndər” də o silahlardan biridir. Bildiyimiz kimi buna alternativ olaraq Azərbaycan Belarus istehsalı Palaner silahlarını aldı. Ümumiyyətlə Azərbaycanın 44 günlük Vətən müharibəsində sərgilədiyi strateji və taktiki göstəricilər onu sübuta yetirdi ki, bu gün Rusiyanın böyük fəxrlə, qürur hissi ilə dünyaya təqdim etdiyi “İsgəndər” raketləri heç də hərbi sənayenin, hərb elminin ən son uğuru deyil. Çünki “İsgəndər” raketlərinə xərclənən milyonlarla, milyardlarla dolların heç üçdə biri olmayan, çox ucuz silahlar hesabına “İsgəndər” raketləri zərərsizləşdirildi.

İbrahim Rüstəmli: “Azərbaycan rəsmi qaydada Rusiyaya qarşı heç bir iddia irəli sürməyəcək”.

Məlumdur ki, Rusiyanın Cənubi Qafqazdakı təsir dairəsi çox güclüdür. Azərbaycan Rusiya ilə münasibətdə qızıl qaydanı gözləməyə çalışan ölkədir. 44 günlük Vətən müharibəsində də Rusiya Azərbaycanın mövqeyində çıxış etdi. Hər halda prezident Putin səviyyədə bəyan olundu ki, Qarabağ Azərbaycanın ərazisidir. Yəni Azərbaycanın ərazi bütövlüyü dünya dövlətləri, o cümlədən də Rusiya tərəfindən tanınıb.

Qeyd edim ki, Rusiya “İsgəndər M” raketlərinin guya ölkədən qeyri-qanuni çıxarılmasından danışdı. Nağıla bənzər söhbətlər etdilər. Bunlar Rusiya kimi dövləti beynəlxalq müstəvidə gülünc vəziyyətə qoyur. Necə ola bilər ki, milyard dollarlarla qiyməti olan, strateji əhəmiyyətli silah anbardan icazəsiz çıxarılsın. Sonra da Ermənistan kimi dövlətə ixrac olunsun və s.

Bu gün Azərbaycan balanslaşdırılmış siyasət yürüdür və öz haqqını müdafiə edir. Azərbaycan öz haqqını müdafiədə çox ciddi irəliləyişlərə nail olub. Əlbəttə burada ilk növbədə Azərbaycan prezidentinin siyasi iradəsi özünü göstərir. Buna görə də düşünürəm ki, Azərbaycan rəsmi qaydada Rusiyaya qarşı heç bir iddia irəli sürməyəcək. Çünki görünən dağa bələdçi gərək deyil”.

Əvəz Həsənov: ““İsgəndər M” raketlərinin Ermənistana verilməsi haqqında mülahizə yürütmək mənim üçün çox çətindir”.

Əgər doğrudan da bu Rusiya siyasi dairələrinin başı üzərindən olubsa, Rusiya dövlətinin onları cəzalandıracağını vurğulayan konfliktoloq bildirib ki, Rusiya bu addımı atmaqla çalışacaq ki, bu məsələdə Azərbaycanı bir az rahat etsinlər:

“Mən tam inanmıram ki, “Kommersant” qəzeti “İsgəndər M” raketləri ilə bağlı həqiqəti əks etdirən məlumat yayıb. Çünki bu məlumatın əsasında çox şərhlər var. Buna görə “İsgəndər M” raketlərinin Ermənistana verilməsi haqqında mülahizə yürütmək mənim üçün çox çətindir.

Bəlli olan odur ki, Rusiya prezidenti Vladimir Putin öz çıxışında “İsgəndər” raketlərinin digər ölkəyə verilməsi ilə bağlı siyasi hakimiyyətin heç bir xəbərinin, məsuliyyətinin olmadığını bildirdi. Yəni əgər “İsgəndər” raketlərini digər ölkəyə veriblərsə, hərbiçilər və bu işdə məsuliyyətli olan hərbiçilər araşdırılmalıdır.

Mən düşünürəm ki, Rusiya tərəfi də “İsgəndər” raketlərinin digər ölkəyə verilməsi ilə bağlı aparılacaq istintaq işində maraqlı olacaq. Əgər doğrudan da bu Rusiya siyasi dairələrinin başı üzərindən olubsa, Rusiya dövləti onları cəzalandıracaq. Rusiya bu addımı atmaqla çalışacaq ki, bu məsələdə Azərbaycanı bir az rahat etsinlər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar