Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya miqrantları qovmaqla hədələyir - "Azərbaycandan 120 min nəfər var..."

Rusiyanın daxili işlər naziri Aleksandr Qorovoy MDB ölkələrini Rusiyada qanunsuz olan 1 milyondan çox miqrantı ölkədən çıxarmağa çağırıb.

"AzPolitika.info" "RİA Novosti"-ya istinadən xəbər verir ki, nazir MDB Parlamentlərarası Assambleyasının iclasında belə çıxış edib.

Prezident sərəncamından da göründüyü kimi 15 iyuna qədər zaman var. Pandemiya olduğuna görə, əgər həmin müddətə qədər bu insanlar ölkəni tərk edərlərsə, cəzalar verilməyəcək. Əks halda, miqrasiya qanunverciliyinə uyğun şəkildə tədbirlər görüləcək. Kütləvi informasiya vasitələri, bloqçularla birgə işləyərək əyalətlərinizdə təşviqat işi aparmağınızı istərdim,” -deyə Qorovoy qeyd edib.

Daha sonra nazir görüş şitirakçılarına Daxili İşlər Nazirliyinin statistik məlumatlarını əks etdirən slayd göstərib. Orada qeyd olunub ki, hazırda Rusiyada 1 milyondan çox qeyri-qanuni mühacir var. Qanunsuz miqrantların əksəriyyəti Özbəkistan vətəndaşlarıdır, onların sayı 332 min nəfərdən çoxdur. Tacikistan 247 min nəfərlə ikinci, Ukrayna isə 152 min mühacirlə üçüncüdür. Nazir iddia edib ki, Rusiyada Azərbaycandan olan 120 min mühacir var. Siyahıda növbəti yerləri Qırğızıstan - 115 min, Ermənistan - 61 min, Moldova - 56 min və Qazaxıstan - 49 min nəfər tutur.

Rusiya mətbuatı ötən həftə prezident V. Putinin mətbuat katibi Dmitri Peskovun bu barədə çıxışını xatırladır.

Peskov bildirmişdi ki, COVID-19 pandemiyası səbəbi ilə Rusiyada sayı xeyli azalmış əmək miqrantları genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün yetərli deyil. Sitat: “İddialı planlarımızı həyata keçirmək üçün bu miqrantlara həqiqətən çox ehtiyacımız var".

Xatırladaq ki, Asiya İnkişaf Bankının (AİB) hesablamalarına görə, 2020-ci il ərzində azərbaycanlı əmək miqrantları ölkəyə 1,15 mlrd. ABŞ dollarına yaxın pul göndərib. Bu göstərici 2019-cu illə müqayisədə 10,1% azdır.

COVID-19 pandemiyası fonunda qlobal miqyasda 2020-ci ildə əmək miqrantları tərəfindən göndərilən pul baratlarının həcmi isə təxminən 7% azalaraq 666 mlrd. dollara enib.

Asiya qitəsinə gəldikdə, ümumilikdə, bu ölkələrə əmək miqrantları tərəfindən göndərilən pul köçürmələri təqribən 7,4% azalaraq 287 mlrd. dollara enib. Pul köçürmələrinin ən yüksək konsentrasiyası Hindistan, Çin və Filippində cəmləşib. İlkin hesablamalara görə, 2020-ci ildə sözügedən ölkələrdən olan əmək miqrantları tərəfindən vətənlərinə müvafiq olaraq 75,9 mlrd. dollar, 59,5 mlrd. dollar və 33,3 mlrd. dollar həcmində pul baratları göndərilib.

Asiyanın postsovet ölkələrinə gəldikdə, əmək miqrantlarının öz ölkələrinə göndərdikləri vəsaitlərin ən böyük həcmi Özbəkistan və Tacikistanda qeydə alınıb. Sözügedən ölkələrin əmək miqrantları vətənlərinə 2020-ci ildə müvafiq olaraq 3,3 mlrd. dollar və 2,1 mlrd. dollar vəsait göndəriblər. Gürcüstana isə xaricdə işləyən vətəndaşları tərəfindən 1,9 mlrd. dollar həcmində pul baratları daxil olub. Qırğızıstanda bu göstərici 1,9 mlrd. dollar, Qazaxıstanda isə cəmi 458 mln. dollar təşkil edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar