Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Aprel şəhidinin doğum günüdür

Bu gün Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Murad Məmmədovun doğum günüdür.

Oxu.Az-ın məlumatına görə, 1989-cu ilin bu günü Biləsuvar şəhərində dünyaya gələn Məmmədov Murad Vaqif oğlu şəhərin 4 saylı orta məktəbində təhsil alıb. 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Uşaqlıdan Vətənə, torpağa olan sevgisindən dolayı müəllimləri onu "general" deyə çağırırdı.

M.Məmmədov N saylı hərbi xidmətdə vətən borcunu yerinə yetirərək 2009-cu ildə Biləsuvara geri qayıdıb. Vətən sevgisi Muradı yenidən ordu sıralarına qaytarır. Onun bacarığını, fiziki qüvvəsini, hərbi hazırlığını nəzərə alaraq müddətdən artıq hərbi xidmətə götürürlər. İlk vaxtlar Yaşma qəsəbəsində sürücü kimi fəaliyyət göstərən Murad, daha sonra Xüsusi Təyinatlıların tərkibinə daxil edilir.

2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatının qarşısını alan hərbçilərimiz arasında M.Məmmədov da var idi. Bu döyüşlərdə Muradın da xidmət keçdiyi kəşfiyyat bölüyü qaynar nöqtədə fəal iştirak edib. Tez bir zamanda kəşfiyyat bölüyü düşmənin arxasına keçib, dəqiq koordinatlar verərək düşməni ağır itkilərə məruz qoymuşdu.

Düşmən bu zərbələrə tab gətirməyərək geri çəkilməyə məcbur olub. Artıq Talış kəndindəki yüksəkliklər ələ keçirilmişdi. Lakin, düşmən tərəfindən atılan güllə igid, cəsur döyüşçümüz Murad Məmmədovu şəhidlik zirvəsinə ucaltdı. Şəhidimiz, Sumqayıt Şəhidlər xiyabanında silahdaşlarının yanında torpağa tapşırılıb.

Yaşasaydı 32 yaşını qeyd edəcəkdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar