Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsi şəhidinin xatirəsinə şahmat yarışı keçiriləcək

Vətən müharibəsi şəhidi baş leytenant İlkin Məmmədzadənin xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə Zəfər Kuboku təşkil olunacaq.

PİA.az-ın məlumatına görə, turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubunun təşkilatçılığı ilə baş tutacaq.

Aprelin 20-də oğlanlar və qızlar arasında keçiriləcək Zəfər Kuboku saat 19:00-da start götürəcək. Yarışın açılış mərasimi isə saat 14:00-da olacaq.

Qeyd edək ki, Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb, məktəbi fərqlənmə ilə bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib, "Xəmsə" və "Breyn Rinq" yarışmalarına qatılıb. 2012-ci ildə Universiteti qırmızı diplomla başa vurub. 2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində magistr təhsili alıb.

2016-cı ilin fevral ayından etibarən hərbçi kimi xidmətə başlayıb. İlkin Məmmədzadə Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxaran baş leytenant oktyabrın 7-də Tərtər - Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubu pandemiya dövründə müntəzəm olaraq onlayn yarışlar təşkil edir. Daha əvvəl Qubadan olan Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə beynəlxalq Zəfər Kuboku keçirilib.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar