Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minlərlə türk TIR-ı həftələrdir Rusiya-Gürcüstan sərhədində qalıb

Mindən yuxarı Türkiyə TIR-ları həftələrdir Rusiya-Gürcüstan sərhədindəki Kazbegi-Verxniy Lars sərəd-keçid məntəqəsində qalıb, sürücülər acınacaqlı vəziyyətlə üzləşib. Virtualaz.org xəbər verir ki, sürücülər “Bir Gün” qəzetinə (Türkiyə) üzləşdikləri dramatik vəziyyət barədə danışıblar. Bildiriblər ki, Rusiya ərazisindən keçib Gürcüstana, oradan isə Türkiyəyə getmək istəyirlər, amma sərhəd-keçid məntəqəsində rusiyalı məmurlar Türkiyə nömrə nişanlı TIR-ları buraxmır. Ermənistan, Gürcüstan, Rusiya dövlət nömrə nişanlı TIR-lar isə sərhəddən maneəsiz keçir.

Uzunluğu 150-200 kilometrə çatan növbədə gözləyən mindən artıq türkiyəli TIR sürücüsü qida, isinmə, təmizlik sarıdan çox ciddi sıxıntılar yaşadıqlarını, ərzaqlarının bitdiyini, həftələrdir çimmədiklərini deyirlər. Onlar artıq bir aya yaxındır bu acınacaqlı vəziyyətdə olduqlarını bildirirlər.

Rusiyalı məmurlar bizimlə maraqlanmırlar. Sərhəd-keçid məntəqəsindən digər xarici ölkə TIR-larının keçidi isə davam edir. Dağ başında və yol kənarında minlərlə TIR-ın içərisində minlərlə türkiyəli şofer yaşamaq uğrunda mübarizə aparır. Bölgədə yaşayan əhalinin gətirdiyi su və çörəklə qidalanırıq. Tualet yoxdur, həftələrdir çimmirik və acınacaqlı haldayıq. TIR növbəsinin uzunluğu 150 kilometri keçib”,-sürücülər deyirlər.

Sürücülərdən Mehmet Savu bildirir ki, əvvəllər də Yuxarı Lars sərhəd-keçid məntəqəsində problemlərlə üzləşirdilər, amma indiki vəziyyətlə üzləşməmişdilər. “Ruslar deyir xoşunuza gəlmirsə buradan keçməyin. Mən Türkiyədən 55 gün əvvəl çıxmışam və 18 gündür burada gözləyirəm. TIR-larımızın borcu və sığorta ödəmələri var. İçməyə su, yeməyə çörək tapmırıq...”,-o deyib.

Qeyd edək ki, bu günlərdə Rusiya koronavirusun geniş yayıldığını əsas gətirərək Türkiyəyə bütün uçuşları dayandırıb. Nəticədə milyonlarla rusiyalı turistin Türkiyə kurortlarına getməsinin yolu kəsilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar