Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

100 il əvvəl başlayan dollar imperiyası düzəni dəyişir...

Bu gün futbola bənzəyən siyasi mübarizənin mərkəzi barədə danışaq. Çünki hər kəs baş verənləri “müharibə” kimi təsvir edir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 21 aprel 2021-ci il

Avropa Super Liqasının ilk prezidenti Florentino Perez verdiyi açıqlama ilə gərginlik yaradıb. Klubların gələcəyini xilas etmək üçün belə bir formasiyaya getməli olduğunu deyən Perez: “İqtisadi cəhətdən çıxılmaz bir vəziyyətdəyik. Gəlirlər azalıb, gənclər futbolla maraqlanmırlar. Futbolu yüksəltmək üçün bunu etmək məcburiyyətində idik. Biz UEFA-nın kuklası deyilik”, deyib və davam edib: “Yayım hüquqlarından başqa, hər hansı bir gəlir qapısı tapa bilməyəndə bu dəfə də daha çox pərəstişkar cəlb etmək üçün daha böyük matçlar təşkil etməli oluruq.

12-si qurucu olan 15 komanda hazırdır.

4 böyük liqadan 26 komanda müraciət edib. Z nəslini futbolla tanış etməliyik. Z nəsli böyük oyunları izləyir. Digər matçların nəticəsi ilə maraqlanır. Barselona - Mançester matçının reklam gəliri 100-dürsə, Barselona və Mançesterin digər komandalarla etdiyi matçlarının reklam gəliri 20-dir. Lebron Ceymsin maaşını bilirəm, amma UEFA prezidentinin maaşını bilmirəm. UEFA-nın böyük xərclərinin taleyi bəlli deyil. Eyni şey FIFA üçün də keçərlidir. İşdən qovulana qədər Avropa Super Liqasının prezidenti olacağam”.

Bu çıxışa da etirazlar gəldi. İngiltərə Baş naziri Boris Conson sərt danışıb: “İngiltərə hökuməti Avropa Super Liqasının qarşısını almaq üçün əlindən gələni edəcək. Heç kimin şübhəsi olmasın”.

Şahzadə Uilyam da önə çıxıb: “Bu quruluş futbola zərər verir”.

İngiltərədəki bu reaksiyalar gözə çarpan şəkildə artır. Çempionlar Liqasının favoritlərindən biri olan Qətərə məxsus “PSG” də hələlik Avropa Super Liqasından uzaq idi. Eynən İngiltərənin rəsmi açıqlaması kimi.

Mənim üçün ən maraqlısı isə 12 qurucu klubun bağladığı razılaşmanın təfərrüatları idi.

Dünyanın ən böyük klubları olan bu 12 klub 23 illik öhdəlik müqaviləsi imzalayıb.

Məncə əsas məsələ bu idi və hədəf baxımından son nöqtəyə işarə edirdi.

Dünyanın ən böyük
investisiya bankı olan “JP Morgan” dolların qlobal ehtiyat valyuta statusunun tezliklə sona çatacağını bildirib və müştərilərinə də buna uyğun mövqe tutmaları barədə xəbərdarlıq verib. Bu xəbərdarlıq, əslində, bir neçə ildir verilirdi. Bank həm də əsaslı nəşrlərə bu barədə yazmışdı:

ABŞ dolları 100 ilə yaxındır qlobal ehtiyat valyutasıdır. Yalnız Amerikada deyil, bütün dünyada belədir. Dollara sahib olanlar və dollarla sərmayə qoyanlar rahat idilər. Lakin dollarların dünyanın dominant valyutası olmaq qabiliyyətini itirəcəyini düşünürük. Səbəb isə struktur və dövri maneələrlə bağlıdır”.

Bu nöqtədən İkinci Dünya Müharibəsinə qayıdaq. Məlum olduğu kimi, müharibənin taleyi Normandiya prosesi ilə dəyişdi. General Duayt D. Ayzenhauer tərəfindən idarə olunan qüvvələr 1944-cü ilin iyun-sentyabr ayları arasındakı əməliyyatla gedişatı dəyişdirdi. Amerikalılar gəlib Avropaya yayıldı. Həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən zəncir vurdu. “JP Morgan”ın vurğuladığı dollar imperatorluğu da elə həmin il başlamışdı. Dollar taxta çıxaraq ehtiyat pula çevrildi və uzun illər boyunca heç kim bundan narahat olmadı.

ABŞ-ın cari borcu hazırda 28 trilyon dollardır. Böyük bir müharibədə qalib gəlsə də, bu, ödəniləcək məbləğ deyil. Bu borc heç bir şəkildə ödənilə bilməz. Bəs nə olacaq? Məncə, hər kəs bu barədə düşünməlidir. Dolların da, “JP Morgan”ın da arxasında dayanan ailələrdən biri Rokfellerdir. Bu da hər kəsə məlumdur.

Covid-19 ilə başlayan proses məhv gətirib çıxaracaq. ABŞ bu dövrdə dolları kripto dollarla qoruyacaq və yoluna davam edəcək. Ya da dolları silib, yeni bir valyutanı meydana çıxara bilər. Məqsəd və hədəf də budur.

Bir sözlə, əsas məqsəd sistemin dəyişdirilməsidir. Kripto dünyasının aktiv olduğu bir iqlimdə “JP Morgan” gəldi və Avropa futboluna əl atdı. Beləliklə, 4 milyard insanın diqqətini çəkdi. Bunu edərkən də 23 illik imzanı atdırdı. Yəni 2044-cü ildə müqavilə bitə bilər. Belə çıxır ki, 100 il əvvəl 1944-cü ildə Normandiyada başlayan dollar imperatorluğu, 100 il sonra başqa bir formada yoluna davam edəcək? 23 illik imza tam olaraq nədir? Bunları başa düşmək hər kəs üçün faydalı olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: dollar JP Morgan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar