Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol-patrul xidməti əməkdaşlarının patrul avtomobillərini görünməyən yerlərdə dayandıraraq cərimələməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BDYPİ-dən verilən məlumata görə, son vaxtlar bəzi şəxslər sosial şəbəkələrdə yol-patrul xidməti əməkdaşlarının patrul avtomobillərini görünməyən yerlərdə dayandıraraq qayda pozuntularını aşkar etmələrindən narazılıq edirlər:

"Görünür məsələyə bu şəkildə yanaşanlar DYP-nin əsas funksiyalarından xəbərsizdir.

Belə ki, "Yol hərəkəti hаqqındа" Аzərbаycаn Rеspublikаsı Qаnununa, еləcə də DYP-nin хidməti fəаliyyətini nizаmlаyаn normаtiv hüquqi аktlаrın tələblərinə əsasən, yol hərəkətinə nəzаrəti həyаtа kеçirən DYP əməkdаşlаrının vəzifəsi xidmət apardığı yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək, qayda pozuntularını vaxtında aşkar edib təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək və bu kimi qabaqlayıcı tədbirlərlə baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Odur ki, patrul avtomobillərindəki xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta hadisələrinin aşkar edilməsi də yol-patrul xidməti əməkdaşlarının vəzifə borcudur. Eyni zamanda, yollarda hərəkətin təhlükəsizliyi baxımından bütün sürücülərin qaydalara riayət etməsi məhz onların özləri və avtomobildə daşıdıqları sərnişinlərin həyat və sağlamlıqlarının qorunması üçün olduqca vacibdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar