Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA: Ermənilər Suqovuşanda daha çox aşkarlanması çətin olan plastik minalar basdırıb

“Yanvar ayının sonlarından əməliyyatlara başlanılıb, qısa müddət ərzində Suqovuşana gedən yol minalardan və partlamış hərbi sursatlardan təmizlənib”.

Bunu ANAMA-nın regional əməliyyat meneceri Ramil Əzizov deyib.

O, artıq ərazidə yol kənarı ilə müvafiq infrastruktur xətlərinin çəkilməsi istiqamətində də təmizləmə əməliyyatlarının həyata keçirildiyini bildirib: “Müvafiq qurumlar həmin infrastruktur xətlərini təhlükəsiz qaydada Suqovuşana çatdıra biləcək. Bu yolun üstündə 15 mina xətti var. Buna görə də bura forpost ərazi hesab olunurdu. Mina sıxlığı çox yüksək olan ərazidir. Yolun həm sağ, həm də sol hissəsinə kifayət qədər piyada, tank əleyhinə minalar basdırılıb. Bundan savayı, düşmən tərəfindən qoyulan müxtəlif bloklar var idi, biz təmizləmə əməliyyatı apararkən həmin bloklardan keçməli, növbəti etapa başlamaq üçün həmin valları, xəndəkləri bağlamalı olduq. Eləcə də minatəmizləmə əməliyyatı zamanı minaların ətrafına səpələnmiş metal qırıntılarını da təmizlədik ki, bunlar hamısı süni maneələrdir”.

Minatəmizləmə əməliyyatları zamanı minaaxtaranlar arasında zərərçəkən olmadığını vurğulayan R. Əzizov ərazidən ümumilikdə 2500-ə yaxın tankəleyhinə, eləcə də piyada əleyhinə və partlamış hərbi-sursat aşkar edildiyini diqqətə çatdırıb: “Burda aşkar olunan tank əleyhinə minaların spesifik xüsusiyyətləri ondan ibarət idi ki, əksəriyyəti plastik gövdəyə malik idi. Buna kimi bir çox yerlərdə təmizləmə əməliyyatları aparmışıq, həmin ərazilərdə daha çox metal gövdəli minalara rast gəlinirdi. Amma bu yerlərdə xüsusən plastik minalar daha çox aşkarlanıb. Bu da minaxtaranların işlərini bir qədər çətinləşdirirdi. Bu da düşmən tərəfindən qoyulan tələlərdir. Bundan başqa tələlər də var. Minomyot mərmisinə bağlanmış xüsusi tellər var ki, kənardan idarə olunaraq partladılır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar