Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Qərbə “qırmızı xətt” xəbərdarlığı... - Qərb geri çəkiləcək, yoxsa?..

Kollektiv Qərb Putinin bu təhdidləri qarşısında geri çəkiləcək, yoxsa bizi qarşıda çox qaynar və gərgin günlər gözləyir?..

Politoloq: “Putinin çıxışında həm təhdid, eyni zamanda Qərblə əməkdaşlıq imkanlarının hələ də qalması ümidini görmək olar”.

“Qərb və Rusiya öz maraqları uğrunda axıra qədər qətiyyətlə mübarizə aparacaqlar. Nə Putin, nə də Qərb geri çəkilməyəcək”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə illik müraciəti zamanı Qərbə etdiyi xəbərdarlığı PİA.az-a şərh edərkən qeyd edib.

Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı Qərbə xəbərdarlıq da edib. Putin Qərbin düşmənçilik aksiyalarını dayandırmalı olduğunu bildirərək deyib ki, biz heç kimlə körpüləri yandırmaq istəmirik: “Amma bizim xoş niyyətimizi zəiflik kimi qəbul edərlərsə, cavabımız assimetrik, sürətli, sərt olacaq! Onlar peşman olacaqlar”, deyə Rusiya prezidenti əlavə edib.

Putin həmçinin “qırmızı xətti” özlərinin müəyyən edəcəklərini deyib.

Ümumilikdə Putinin Federal Məclisə müraciətini necə dəyərləndirmək olar və müraciət beynəlxalq siyasətdə hansı təsirlər yarda bilər? Kollektiv Qərb Putinin bu təhdidləri qarşısında geri çəkiləcək, yoxsa bizi qarşıda çox qaynar və gərgin günlər gözləyir?

Rusiya-Qərar münasibətlərini PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Trampın dövrü ilə müqayisədə Baydenin dövründə, yəni qarşıdakı 3-4 ildə ABŞ-Rusiya münasibətləri çox gərgin olacaq”.

Rusiya və Qərbin heç vaxt müharibəyə qədər getməyəcəklərini proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, amma onlar müəyyən ərazilərdə muzdlu ordu, əlaltı dövlətlər vasitəsi ilə bir-birlərinə hədlərini bildirəcəklər:

“Putinin çıxışında həm təhdid, eyni zamanda Qərblə əməkdaşlıq imkanlarının hələ də qalması ümidini görmək olar. Putin Qərblə bütün körpüləri yandıra bilməz və bunu idtəmir də. Buna görə də Putin Qərbi əməkdaşlığa dəvət etdi. Amma o təhdidlərin davam edəcəyi təqdirdə Rusiyanın cavabının kəskin olacağını da dedi. Putin yeni silah növlərinin adını çəkərək Rusiyanın hərbi gücü olduğunu bir daha Qərb ölkələrinə xatırladıb.

Hesab edirəm ki, Qərb və Rusiya öz maraqları uğrunda axıra qədər qətiyyətlə mübarizə aparacaqlar. Nə Putin, nə də Qərb geri çəkilməyəcək. Onların belə bir planı yoxdur. Putin “qırmızı xətti” onların müəyyən edəcəklərini dedi. Bu da o deməkdir ki, Rusiya harada dayanmaq lazım olduğunda orada dayanacaq. Yəni Rusiyaya heç kəs müdaxilə edə bilməz. Rusiya və Qərb heç vaxt müharibəyə getməyəcəklər. Amma onlar müəyyən ərazilərdə muzdlu ordu, əlaltı dövlətlər vasitəsi ilə bir-birlərinə hədlərini bildirəcəklər. Bu ərazilərə misal olaraq Suriyanı, Ukraynanı, Belarusiyanı, Gürcüstanı, Moldovanı, Azərbaycanı göstərmək olar.

Nəzakət Məmmədova: “İstər Azərbaycan, istər Qafqaz ölkələri, istərsə də dünya ölkələri olaraq qarşıdakı 4 il çox gərgin il olacaq”.

Eləcə də Çexiyada Rusiya səfirliyinin qarşında dövlət başçısının ədəbsiz halda heykəlinin qoyulması, o deməkdir ki, bir vaxtlar sosialist düşərgəsinə daxil olmuş, amma indi NATO ölkəsi olan Mərkəzi və Şərqi Avropa ölkələri də Putinə qarşıdır və Qərbin yanında yer alır. Xüsusilə Çexiya və Polşa dövlətləri Rusiyaya qarşı kəskin mövqe ortaya qoyacaqlar. Rusiyanın hərtərəfli blakadaya alınma prosesi davam edəcək. Buna görə də deyə bilərik ki, Rusiya-Qərb qarşıdurması bütün gücü ilə davam edəcək.

Qeyd edim ki, Rusiyanın Türkiyə ehtiyyacı artacaq. Çünki bir çox ərazilərin və boğazları açarı Türkiyənin əlindədir. Türkiyə də bu məsələdə öz hegemon mövqeyini qoruyub saxlayacaq.

Trampın dövrü ilə müqayisədə Baydenin dövründə, yəni qarşıdakı 3-4 ildə ABŞ-Rusiya münasibətləri çox gərgin olacaq. Buna görə də istər Azərbaycan, istər Qafqaz ölkələri, istərsə də dünya ölkələri olaraq qarşıdakı 4 il çox gərgin il olacaq”.

Nərminə UMUDLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar