Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni soyqırımı”nı tanımaq Kamala Harrisin ideyasıdır – Al-Monitor

ABŞ prezidenti Co Bayden “erməni soqırımı”nı tanıyarsa, Türkiyənin Birləşmiş Ştatlarla münasibətləri necə inkişaf edəcək?

PİA.az “Al-Monitor”a istinadla xəbər verir ki, analitiklər bununla bağlı oxşar fikirləri bölüşürlər.

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun Türkiyə Araşdırmaları Mərkəzinin direktoru Gönül Tol bildirib ki, demokrat və ya respublikaçı olmasından asılı olmayaraq, əvvəlki prezidentlər də seçki kampaniyası dövründə qondarma erməni soyqırımı ilə bağlı oxşar vədlər veriblər.

Analitik deyib: “Ancaq ABŞ-ın Türkiyə ilə əlaqəli maraqlarına zərər verməmək üçün rəsmi tanınmadan son anda imtina ediblər. İlk növbədə, Anadolu Amerika qüvvələrinin Suriyada əməliyyatlara başlamaq üçün istifadə etdiyi hərbi bazaya ev sahibliyi edir”.

Gönül Tolun sözlərinə görə, sələfi Donald Trampdan fərqli olaraq, Co Bayden avtokratik liderləri çevrəsinə yaxın buraxmır, insan haqları və demokratik dəyərlərə üstünlük verir. “Amma Əfqanıstan, Qara dəniz, İran kimi sahələrdə Amerika və Türkiyənin maraqları üst-üstə düşür və Bayden bunu anlayır. Qərbdən dəstək istədiyi bir dövrdə Ərdoğandan dramatik bir cavab gözləməzdim və bu, şübhəsiz ki, bu, Baydenin qərar qəbul etməsinə təsir edəcək”.

İstanbulda yerləşən İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Sinan Ülgenin fikrincə, Türkiyə, şübhəsiz, Baydenin bəyanatına təpki göstərməli olacaq. O cümlədən “İncirlik” hərbi bazası da daxil olmaqla, ölkədəki NATO missiyalarını məhdudlaşdırılması ilə. “Türk rəsmilər ABŞ-ın maraqlarına məhəl qoymadan Suriyada da təktərəfli hərəkətlər edə bilərlər”.

Almaniyanın Marşall Fondunun Ankara bölməsinin direktoru Özgür Ünlühisarcıklı Ərdoğanın qısamüddətli dövrdə sərt təpki göstərməyə məcbur olacağını, lakin uzunmüddətli perspektivdə Türkiyə cəmiyyətində ABŞ siyasətinə inamsızlığı artıracağını bildirib. "Bu, Türkiyədə millətçi hissləri artıracaq və qəzəb ABŞ-a yönəldiləcək”.

Gönül Tolun sözlərinə görə, “erməni soyqırımı”nın tanınması fikri ABŞ vitse-prezidenti Kamala Harrisin əlavə dəstəyi sayəsində reallaşa bilər. Harris böyük erməni diasporuna ev sahibliyi edən Kaliforniyanın keçmiş senatorudur. Harris xarici siyasətdə və qərar qəbuletmə prosesində təəccüblü dərəcədə böyük bir rol oynayır. O, gələcək prezident seçkilərində öz şansını artırmaq üçün “soyqırımı” tanıtmağa çalışır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar