Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenko Putinin "ittifaq dövləti" tələbinə boyun əydi 

ABŞ səfiri isə müxalifət lideri ilə görüşdü...

Dünən Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı Rusiya və Belarus arasında ittifaq dövlətinin yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.

Rusiya prezidenti bildirib: "Bizim komandalarımız ittifaq dövlətinin qanunvericilik əsaslarını inkişaf etdirməklə məğuldurlar".

Lukaşenko isə deyib ki, “biz ittifaq proqramlarına doğru fəal hərəkət edirik”.

Moskvada keçirilən sammit Belarusda çevriliş, Minskin blokadaya alınması və guya Lukaşenkoya qarşı sui-qəsdin hazırlandığına dair iddialardan sonraya təsadüf edib. Rusiyanın təhlükəsizlik xidmətləri Moskvada Lukaşenkoya qarşı sui-qəsd hazırlayan bir neçə nəfərin saxlandığını iddia edib.

Lukaşenko Putinlə görüşündə deyib ki, Rusiya və Belarus heç kimin keçməyə cürət etmədiyi xətlər müəyyən etməlidirlər.

Xatırladaq ki, Putin ötən ilin prezident seçkisindən sonra öz ölkəsində hakimiyyətini qoruyub saxlamağa çalışan Lukaşenkoya dəstəyini davam etdirir. Sözügedən görüşündən əvvəl belə ehtiyatlanmalar yaranmışdı ki, o Belarusda davam edən etirazlara qarşı Rusiya liderinin dəstəyinin müqabilində ölkəsinin suverenliyindən güzəştlər edə bilər.

Aprelin 21-də qonşu Litvada ABŞ-ın Belarusa yenicə təyin edilmiş səfiri Culi Fişerlə görüşən müxalifət lideri Svetlana Tixanovskaya deyib ki, Belarus öz müstəqillik və suverenliyini qoruyub saxlamalıdır: “Mən Belarusu müstəqil, azad və bütün başqa ölkələr, ilk növbədə qonşularla qarşılıqlı faydalı münasibətlərdə görmək istəyirəm”.

ABŞ səfiri Fişer isə bəyan edib ki, onun Tixanovskaya ilə görüşü ABŞ-ın Belarus xalqının yanında olmasının aydın işarəsidir: “ABŞ-ın Belarusdakı səfiri kimi mənim prioritetim bu dəstəyi həyata keçirməkdir”.


Fişer ABŞ-ın Belarusdakı səfiri vəzifəsinə dekabrda təyin edilsə də, etimadnaməsini rəsmi Minskə təqdim etməyib. O 2008-ci ildən bəri ABŞ-ın Belarusdakı ilk səfiri olmalıdır.

Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays aprelin 21-də deyib ki, xanım Fişer Belarusdakı hazırkı şəraitdə səlahiyyətlərinin icrasına başlaya bilməz: "Səfirin Minskə gedə bilməsi çox güclü siqnal olardı. Amma biz Belarusda insan haqları pozuntularının, repressiyaların davam etdiyini gördükcə, heç bir işbirliyindən söhbət gedə bilməz”.

Fişer Tixanovskaya ilə görüşündə deyib ki, beynəlxalq icmanının Belarusda baş verənlərə qarşı çıxması çox mühümdür: “Biz bildirməliyik ki, baş verənləri diqqətlə izləyirik və Belarusdakı bütün siyasi məhbusların azad olunmasına çağırırıq”.

Xatırladaq ki, Tixanovskaya seçkidən sonra Belarusda təzyiqlərlə üzləşdikdən sonra qonşu Litvaya qaçmalı olub.(azpolitika)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar