Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərenerji” yeni yaranan şirkətə niyə 1 milyonluq sifariş verib?

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Novum FMCG” MMC ilə maliyyə dəyəri 928 349.59 AZN təşkil edən müqavilə imzalayıb.

Hit.az-ın xəbərinə görə, müqavilədə avtomobillərin ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Novum FMCG” MMC 11 fevral 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin Bakı şəhəri Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 6, mənzil 47/48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əfəndiyev Ziya Faiq oğludur.

Açıq mənbələrdə “Novum FMCG” MMC və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. Bu da təbiidir. Çünki şirkət cəmi 1 ildir yaranıb. Təbii olmayan “Azərenerji” ASC-nin yeni yaranan şirkətə təxminən 1 milyonluq sifariş verməsidir.

Qeyd edək ki, ASC avtomobillərin ehtiyat hissələrinin satın alınması ilə bağlı tenderi 24 dekabr 2020-ci ildə elan edib. 5 fevral 2021-ci ildə isə zərflər açılıb və “Novum FMCG” MMC qalib olub. Beləliklə, aydın olur ki, tender elan ediləndə sözügedən şirkət cəmi 10 aydır fəaliyyət göstərirmiş. Bu müddət ərzində isə onun hansısa tenderdə iştirakı barədə məlumat yoxdur. “Dövlət satınalmalar haqqında” Qanuna görə, tenderdə iştirak üçün peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığın olması tələb olunur. Yeni yaranan şirkətin bu tələblərə cavab verməsi bir qədər inandırıcı görünmür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar