Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sberbank”la ortaqlıq pozuldu - SOCAR Rusiyada müflis durumda olan zavoddakı payından niyə imtina etdi?..

Azərbaycanın dövlət neft şirkəti SOCAR Rusiyada Antipinsk Neftayırma Zavodunun səhmlərinindən imtina edib. Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, şirkət bu qərarı zavodun əmlakının  müflisləşmə proseduru çərçivəsində satışı üçün keçiriləcək hərrac ərəfəsində verib. Bu haqda zavodun əsas kreditoru “Sberbank” bildirir. Məlumatda deyilir ki, SOCAR zavoda investisiya qoymaq planlarından imtina edib, bunu özünün “dəyişən investisiya strategiyası” ilə əsaslandırıb.

Azərbaycan şirkətinin zavoddakı payı 10 faizdən bir qədər az idi. SOCAR müflis durumda olan və borcları 2 milyard dolları keçən Antipinsk neftayırma zavodunun səhmlərinin alınmasına dair iki il əvvəl sövdələşmə əldə etmişdi. Əvvəlcə şirkətin zavodun bütün səhm paketini aldığı açıqlanmışdı, daha sonra SOCAR-ın payının 10 faizdən az olduğu bildirilmişdi. Azərbaycan şirkətinin Rusiyada müflis durumda olan aktivə yatırım qoyması ekspert cameəsində suallar yaratmışdı.

İndi SOCAR-ın zavoddakı payını kimin aldığı məlum deyil. Qəzet öz mənbələrinə istinadən bildirir ki, həmin səhm paketinin alıcısı “Litasco” şirkətinin direktorlar şurasının rəhbəri Valeri Subbotin ola bilər. Subbotin artıq zavodun iri səhmdarıdır.

“Antipinsk Neftayırma Zavodu” Səhmdar Cəmiyyətinə Rusiyanın ən iri özəl neftayırma zavodlarından biri və Orenburq vilayətində ehtiyatları 45 milyon tona çatan üç  neft yatağı daxildir. “Sberbank” zavodun əsas kreditorudur və onun müflisləşməsi prosesinə nəzarət edir. Bank zavodun səhmlərinin 32 faizinin sahibidir.

Dövlət neft şirkəti SOCAR-ın həmin zavoddakı payı 10 faizdən bir qədər aşağı olsa da əslində hazırda Antipinsk NEZ-in səhm bölgüsü aşağıdakı şəkildədir: zavodun səhmlərinin 80 faizi Rusiyada təsis edilmiş, SOCAR-la "Sberbank"ın birgə müəssisəsi “SOCAR energeresurs” şirkətinə (SOCAR məhz bu şirkətin 10 faizinin sahibi idi) məxsusdur. Həmin pay 2019-cu ilin mayında keçmiş sahibi Dmitri Mazurovdan (hazırda həbsdədir) və Vladimir Kalaşnikovdan əsas kreditora-“Sberbank”a keçib. Daha sonra “SOCAR energeresurs”a verilib. “Sberbank” hazırda “SOCAR energeresurs”da cəmi 40 faiz paya malikdir. Şirkətin qalan 60 faizinin sahibi “SOCAR Russia İnvestments” adlı şirkətə məxsusdur. Həmin şirkətin isə 80 faizi Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Nitron İnvestments Ltd” adlı offşor şirkətə məxsusdur, qalan 20 faizi “SOCAR Rus” adlı başqa şirkətindir.

“Kommersant”ın mənbələri “Lukoil” şirkətinin keçmiş vitse-prezidenti, “Lukoil”un  İsveçrədə yerləşən neft-treyder şirkəti “Litasco”nun direktorlar şurasının rəhbəri Valeri Subbotinin “Antipinsk NEZ”in iri səhmdarı olduğunu bildirirlər.

Belə ki, cənab Subbotinin “Nitron İnvestments Ltd” şirkətinin əsas benefisiarı və zavodun qalan 20 faiz səhminə (“SOCAR energeresurs”un payını çıxmaqla) malik olan, yenə də Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Maslior” adlı şirkətin benefisiarı olduğu deyilir. Zavodun minoritar səhmdarları arasında azərbaycanlı biznesmen İlham Rəhimov da yer alır.

“SOCAR energeresurs” hazırda neftayırma zavodunda kreditorun sifarişi ilə emal əməliyyatlarını həyata keçriir. Zavod 2019-cu ildə özünü müflis elan edib və əmlakının hərraca çıxarılmasına hazırlıq gedir.

“Kommersant”ın mənbələri deyirlər ki, SOCAR-ın payını Valeri Subbotin alıb və o, zavodun əmlakının qarşıdakı hərracında əsas iddiaçı olacaq. “Fitch” agentliyindən Dmitri Marniçenko deyir ki, SOCAR-ın aktivləri əsasən Azərbaycan və Türkiyədə cəmləşib, onun Rusiyada iş təcrübəsi yoxdur. Üstəlik Rusiyada neft emalı sektorunun cəlbediciliyi sual doğurur. SOCAR-ın iki il əvvəl iri neftayırma zavodu (“Star”) açdığı Türkiyədə isə rentabellik daha yuxarıdır. Analitik onu da istisna etmir ki, SOCAR-ın sövdələşmədən çıxmasının siyasi səbəbləri də ola bilər.

Məsələ ilə bağlı SOCAR da rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki,  SOCAR “Antipinski” neft emalı zavodu və zavodun törəmə şirkəti olan NKNP MMC-yə məxsus yataqların idarə olunması üzrə layihədə iştirakını uğurla başa vuraraq, “Sberbank” Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsi olan “SOCAR Enerqoresurs” MMC-nin kapitalından çıxır. Bildirilir ki, SOCAR “Antipinski NEZ” Səhmdar Cəmiyyətinə məxsus mülkiyyətin iflas proseduru çərçivəsində onun satışında iştirak etməmək qərarına gəlib, çünki zavodun satın alınması SOCAR-ın cari strategiyasına daxil deyil

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, “Sberbank” ilə tərəfdaşlığımız çərçivəsində belə bir mürəkkəb aktivlə işləmək şirkət üçün böyük məsuliyyət yaradırdı:

“Biz bütün təcrübəmizi, biliklərimizi və səriştəmizi ortaya qoyduq və Rusiya ərazisində federal miqyaslı böyük istehsalatla işləmək sahəsində dəyərli təcrübə qazandıq. Göstərilən etimada və səmimi tərəfdaşlığa görə “Sberbank”a təşəkkürümüzü bildiririk. Ümid edirik ki, qarşıda bizi əməkdaşlığımızın yeni üfüqləri gözləyir”.

“Sberbank” SOCAR-ın “Antipinski NEZ” və NKNP yataqlarının səhmdarı olan “SOCAR Enerqoresurs” şirkətinin effektiv idarəçiliyində əvəzsiz rol oynadığını qeyd edir və SOCAR-a minnətdarlığını bildirir.

“Sberbank”ın prezidenti və idarə heyətinin sədri German Qref deyib: “Tərəfdaşlarımızın səyləri sayəsində “Аntipinsk NEZ” Səhmdar Cəmiyyəti iflasın ilkin mərhələsindən başlayaraq öz həyat yolunun çətin bir mərhələsini geridə qoydu, prosessinq mexanizmindən istifadə edərək effektiv fəaliyyətini davam etdirməyə müvəffəq oldu. Əməkaşlığımız müddətində SOCAR özünü etibarlı, peşəkar və məsuliyyətli bir tərəfdaş kimi göstərdi. Ümidvarıq ki, bizim səmimi qarşılıqlı münasibətlərimiz başqa layihələrdə davam etdiriləcək”.

SOCAR, Antipinski NEZ-in aktivlərinin idarə olunması üzrə uğurlu təcrübəsini nəzərə alaraq, gələcəkdə, zavodun aktivlərinin satış proseduru başa çatdıqdan sonra qarşılıqlı fayda kəsb edən yeni kommersiya sazişləri bağlandığı təqdirdə müəssisənin əməliyyat idarəçiliyinə yardım etməyə hazır olduğunu bildirir. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar