Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin-Rusiya yaxınlaşması Baydenin “kabusu” ola bilərmi?

Tramp: “Çin və Rusiyanı yaxınlaşdırmaqdan daha pis bir şey ola bilməz. Hazırda bu iki qüvvə bir yerə gəlməyə məcbur edilir”...

Kürşad Zorlu
“Habertürk” qəzeti, Türkiyə, 22 aprel 2021-ci il

Tramp prezidentlikdən getdikdən sonra ilk dəfə danışıb. O, “2024-cü il seçkilərində namizəd olacaqsınız?” sualına: “Hələ vaxt var. Hazırda bu barədə heç nə demək istəmirəm. Bəzi hüquqi problemlər var”, deyə cavab verərək problemin nə olduğunu açıqlamayıb.

Putinlə çox yaxşı yola getdiyini bir daha təkrarlayan Tramp: “Prezident Putinlə çox yaxşı münasibətim var. Onu bəyəndim və o da məni bəyəndi. Bu durum yaxşı idi”, deyə əlavə edib.

Trampın daxili siyasətdən başqa, çox önəmli bir açıqlaması da ABŞ-Rusiya münasibətlərinə də yönəlib. Bu əlaqələrin iki ölkə xaricində, həm də Çin istiqamətində nəzərə alınmalı olduğunu ifadə edən Tramp: “Çin və Rusiyanı yaxınlaşdırmaqdan daha pis bir şey ola bilməz. Hazırda bu iki qüvvə bir yerə gəlməyə məcbur edilir”.

Bu çox vacib və ABŞ-ın xarici siyasəti üçün önəmli açıqlamadır. Bu məsələ ilə bağlı 18 aprel tarixində ABŞ-ın düşüncə mərkəzlərindən biri olan “Atlantik Şurası” tərəfindən bir analiz dərc olunub. Analiz Çin və Rusiyanın yaxınlaşmasının niyə Baydenin “kabusu” olacağı sualına cavab axtarıb. Bu fikri müdafiə edənlərə görə Çin-Rusiya yaxınlaşması Baydenin liderliyindəki Birləşmiş Ştatların indiyə qədərki ən vacib sınağı ola bilər. Çünki Rusiyanın Ukraynada, Çinin isə Tayvanda gücləndirdiyi hərbi fəaliyyət ABŞ-ın təhlükəsizlik konsepsiyası baxımından çox kritik hesab olunur. Məsələn, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun 22-25 mart tarixlərində Çinə, daha sonra Cənubi Koreyaya səfəri bu narahatlıqla əlaqələndirilir. Xüsusilə də, keçən həftə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam J. Bornsun ABŞ Senatının Kəşfiyyat Komitəsində dediyi sözlər diqqətçəkicidir.MKİ direktoru bildirib ki, “Rusiyanın hərbi gücünün artırılması məhdud bir hərbi əməliyyat üçün zəmin yarada biləcək həddə gəlib çatıb”.

Çin dövlətinin rəsmi baxışlarını müəyyən bir qaydada əks etdirməsi ilə tanınan “Global Times” keçən ayın sonunda “ABŞ və müttəfiqləri titrəyərkən Çin və Rusiya münasibətləri dərinləşir”, başlığı ilə bir yazı nəşr etmişdi. Bu, əslində bir ittifaq deyil, ortaqlıqdır. Çindən gələn bu yanaşmada diqqətimi çəkən iki məqamdan biri, ABŞ prezidenti Baydenin Putini “qatil” adlandırması, digəri isə ABŞ-ın Şərqi Türküstandakı hadisələrlə bağlı “soyqırım” ifadəsini işlətməsi oldu. Bu konseptual ardıcıllıq qlobal güc mübarizəsindəki taktiki yanaşmanı da ortaya qoyur.

Çin və Rusiya bir-birilə daha ahəngdar və ardıcıl hərəkət etsə, yalnız ABŞ-ın deyil, müttəfiqlərinin də bu təsirə məruz qalması mümkündür. Mövcud mərhələdə güc komponentlərini nəzərə alsaq, bu zaman Çin ABŞAvropaya olan bağlılığı çərçivəsində hərbi/coğrafi-strateji rəqabət ölçüsü ilə yanaşı, həm də davamlı böyümə hədəfini də nəzərə alaraq hərəkət etməlidir. Rusiya üçün hərbi mobillik və enerji ötürmə xətləri məsələsi daha qabarıqdır. Lakin xaos və qarşıdurma ehtimalı artdıqca iki ölkənin Avrasiya sahəsini birləşdirəcəyi də şübhəsizdir.

Buna görə, mövcud hərbi gücün artması, sanksiyaların gücləndirilməsi və dialoq kanallarının bağlanması Rusiya və Çinlə münasibətləri daha da gücləndirəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar