İranla sərhəddə su bəndlərinin şimal hissəsinin təhlükəsizliyi Azərbaycana həvalə olunub...
İran və Azərbaycan sərhəd qoşunları komandanları müavinlərinin görüşü keçirilib.
Görüşdə Araz çayı üzərindəki “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının şimal hissəsinin mühafizəsinin təmini Azərbaycan Respublikasının sərhədçilərinə həvalə olunub.
PİA.az-ın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında məlumat verilib.
pia.az