Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sergey Markov: "Azərbaycanın tərkibində vilayət - bu da statusdur"

Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Caliber.Az-ın suallarını cavablandırarkən status məsələsinin aktual olaraq qaldığını, digər tərəfdən isə bu termin altında nəyin nəzərdə tutulduğunun vacibliyini qeyd edib.

“Status hava şəraiti kimidir. Çölə çıxırsınızsa, əvvəlcədən uyğun şəkldə geyinmək üçün havanın necə olduğunu bilməlisiniz. Heç bir status olmadan mümkün deyil. Bu, adi vilayət də ola bilər (Azərbaycanın tərkibində - red.). Ancaq bunun özü də artıq bir statusdur”, - deyə Markov bəyan edib.

Politoloqun sözlərinə görə, bu, bölgə (Qarabağ - red.) əhalisinin tərkibi və istifadə olunan dilə görə fərqlənir. Bundan əlavə, bölgədə xarici işğal da hökm sürüb.

“Odur ki, bu ərazinin özünəməxsus özəllikləri var. Eyni zamanda, sovet dövründə Dağlıq Qarabağa muxtar bölgə statusu verən və sonra da bundan çox əziyyət çəkən Azərbaycanın narahatlığı Rusiyada çox yaxşı başa düşülür. Bakı olduqca faciəli bir təcrübəni təkrarlamaq istəmir. İndi Azərbaycanın sakitcə düşünməyə və qərar verməyə vaxtı var”, - deyə o əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar