Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Tərəflər Rusiyanın iki variantını rədd edib..." - Beynəlxalq Böhran Qrupunun Qarabağ hesabatı

Beynəlxalq Böhran Qrupu (“İnternational Crisis Group”) Azərbaycanla Ermənistan arasında ötən il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatmış müharibədən sonra Qarabağa dair özünün ilk geniş hesabatını dərc edib. Azərbaycan, RusiyaErmənistan rəsmiləri, ekspertləri ilə müsahibələr əsasında hazırlanmış hesabatda bir sıra təkliflər də irəli sürülür. Bunlardan ən vacibi Rusiya sülhməramlı kontingentinin mandatının təsdiq edilməsidir.

Belə ki, üçtərəfli bəyanatda sülhməramlıların vəzifəsi barədə cəmi üç cümlə yer alır, onların mandatı detallı şəkildə təsvir olunmur və Rusiya hərbçiləri yerlərdə həll etməli olduqları bir çox vəzifələrlə qarşılaşıblar. Onlar müşahidə postları qurmağa başlayıblar, eyni zamanda qaçqınların avtobuslarını müşayiət ediblər, üstəlik, dağılmış infrastrukturun bərpası ilə məşğul olublar.

“Sual yaranır ki, sülhməramlılar bundan sonra da zamanın necə keçməsindən asılı olaraq müxtəlif işləri görəcəklər? Onlar nəinki hərbi eskalasiyanın qarşısını alacaqlar, eyni zamanda növbəti beş ildə itmiş inəkləri də axtaracaqlar? Nə qədər xoş niyyətlə olsa da sülhməramlılar hər şeylə məşğul ola bilməz”, - təşkilatın ekspertləri vurğulayırlar.

Hesabatda qeyd olunur ki, sülhməramlılarla yanaşı regiona Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupu da gəlib və rusiyalı mütəxəssislərin ümumi sayı 4 min nəfərə yaxındır. Lakin formal mandatın olmaması müşahidəçiləri onların növbəti mümkün eskalasiya zamanı necə hərəkət edəcəklərinə dair təxminlər yürütməyə məcbur edir.

Beynəlxalq Böhran Qrupu qeyd edir ki, Moskva sülhməramlılar üçün daha aydın, konkret mandat formalaşdırmaq üzərində işləyir. Lakin indiyədək hazırlanmış iki variantı tərəflər rədd ediblər. Moskva isə bu səylərdən əl çəkməyə hazırlaşmır, amma tələsmək də istəmir. Yəni Rusiyanın yanaşması belədir.

Hesabatdan da göründüyü kimi, əsas olaraq Rusiya sülhməramlı kontingentinin mandatı gündəmə gətirilir. Sənəddə ən ilginc məqam budur ki, Rusiyanın bununla bağlı iki variantını tərəflər rədd edib. Amma söhbətin hansı variantdan getdiyi açıqlanmır, çünki nə rəsmi Bakı, nə İrəvan bu barədə açıqlama verməyiblər. Rusiyanın hələ də israr etdiyi variant nədir ki, hətta İrəvan da bundan imtina edir?

Sülhməramlıların mandatı məsələsi Azərbaycanda maraqları olan bəzi Qərbi dövlətlərini də narahat edir. Bu məqsədlə ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin qoşunlarını bölgəyə göndərmək təklifi gündəmə gətirilib. Hətta ABŞ dövlət katibin müavininin Bakıya son səfərində belə bir təkliflə çıxış etdiyi barədə də iddialar vardı.

Beləliklə, sülhməramlılar mövzusu getdikcə beynəlxalq müzakirə səhnəsinə çıxmağa başlayıb. Aydındır ki, Rusiya bölgədəki sülhməramlılar missiyasını kimlərləsə bölüşməyək istəməyəcək. Buna görə də sülhməramlılara yüksək beynəlxalq status almağa çalışır. Ancaq görünür, Bakı Rusiyanın təklif etdiyi var iantları qəbul etmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar