Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokio Olimpiadasında 3 karateçimiz iştirak edəcək

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sayını üçə çatdırıblar.

Federasiyadan "Report"a verilən məlumata görə, Rafael Ağayev (-75 kq) və İrina Zaretskanın (+61 kq) ardından, Parisdə olimpiya lisenziyalı son turnirdə Firdovsi Fərzəliyev (-67 kq) bürünc medalla yanaşı Olimpiadaya lisenziyaya da sahib olub.

Kişlərin kumite üzrə baş məşqçisi Qurban Tağıyev və böyük məşqçi Şahin Xudaverdiyevin, həmçinin qadınların baş məşqçisi Denis Morozov və kata üzrə baş məşqçi Vahid Ayvazovun Paris olimpiya təsnifat turnirində müşayiət etdiyi digər idmançılardan İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Asiman Qurbanlı (+75 kq), Roman Heydərov və Neda Rezai (hər ikisi kata) isə medalçılar və olimpiada iştirakçıları arasına düşə bilməyiblər.

11-13 İyunda turnirində 98 ölkədən 500 karateçinin olimpiya vəsiqələri uğrunda mübarizəsini idarə edənlər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. "Pyer de Kubertyen" arenasında yarışın hər kateqoriyasında ilk üçlük olimpiya lisenziyaları qazanıb.

Qeyd edək ki, Tokio 2020-nin iştirakçılarından ilk 40 idmançının adları Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarında xüsusi olimpiya reytinqinin ilk 4 pilləsi ilə təyin edilib. Daha 24 idmançı Fransanın paytaxtında xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanıb. 12 əlavə olimpiya vəsiqəsi isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Qalan 4 karateçiyə olimpiya vəsiqələri Üçtərəfli komissiyanın dəvəti ilə veriləcək.

Tokio 2020 Olimpiadasında 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Tokio Olimpiadasının karate yarışları 5-7 Avqustda Nippon Budokan mərkəzində keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar