Çərşənbə, 22 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Elman Rüstəmov : “Sürətlə gedən qatarın qabağında durmaqdansa ona minmək yaxşıdır..."

Azərbaycanını strateji valyuta ehtiyatları ilin əvvəlindən artaraq 52,2 mlrd. ABŞ dollarına çatıb. Bu haqda Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi brifinqdə jurnalistlərə bildirib. Onun sözlərinə görə, Mərkəzi Bankının valyuta ehtiyatları da ilin əvvəlindən 2 faiz artaraq 6,5 mlrd. dollara çatıb.

Elman Rüstəmov onu da deyib ki, bu il Azərbaycanda inflyasiyanın hədəf diapazonunun yuxarı həddinə yaxınlaşacağı proqnozlaşdırılır. Ölkədə ötən faiz qərarının açıqlanmasından bəri inflyasiya tempi azalıb və iyunda 0,5 faizlik aylıq deflyasiya, illik inflyasiya isə 4,7 faiz olub. İllik ərzaq inflyasiyası 5,3 faiz təşkil edib ki, bu da qlobal ərzaq inflyasiyası ilə müqayisədə təxminən 10 faiz bəndi azdır.

Mərkəzi Bank sədrinin bildirdiyinə görə,  neftin qiyməti 65 dollar səviyyəsində qalacağı halda cari hesabın profisiti bu il ÜDM-nin 6,5 faizi səviyyəsində proqnozlaşdırılır. E.Rüstəmov həmçinin deyib ki,  neft qiymətlərinin və qeyri-neft ixracının artması ölkənin tədiyə balansına müsbət təsir edir.

Elman Rüstəmov mətbuat konfransında hazırda dünyada kifayət qədər aktual mövzu olan kriptovalyutalar haqda da danışıb. Azərbaycanın da rəqəmsal valyutaların tətbiqi imkanlarının araşdırıldığını deyib.

"Sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır. Hesab edirəm ki, biz bu qatara oturanlardan olacağıq. Amma rəqəmsal valyuta ilə bağlı suallar çoxdur. Məsələn, bu növ valyuta maliyyə sabitliyinə necə təsir edəcək? Həmçinin çirkli pulların yuyulması ilə bağlı vəziyyətin də necə olacağı sual doğurur. Amma dünyada ciddi müzakirələr və eksperimentlər aparılır. Mərkəzi Bank rəqəmsal manatla bağlı araşdırmalar aparır və bu sahədə Türkiyə Mərkəzi Bankı ilə həftəlik müzakirələr gedir. Onların ciddi tədqiqatları var və biz də bu tədqiqatlara qoşulmuşuq. Nəticə haqqında ictimaiyyətə məlumat verəcəyik. Hesab edirəm ki, bu, rəqəmsal iqtisadiyyatın ciddi tərkib hissəsi olacaq”, -Mərkəzi Bank rəhbəri bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”

Gənc icra başçısının dəbdəbəli villası – Foto

İrandakı soydaşlarımız etiraza qalxır: Tehrana bir həftə vaxt verildi

“Nə dövlətimiz var, nə müstəqilliyimiz - Şərəfimiz də yoxdur, Qarabağ da...”

Amaras məbədində qalmaqal: Rus generalı məbədimizin üzərinə Ermənistan bayrağının asılmasını əmr etdi

Samir Şərifovun "Qara kassir"i kimdir? – Təbriz Həsənovun dosyesi

Ədliyyə naziri və onun “kasıb” oğlu: vəkilin bu qədər pulu hardandır?

Səyavuş Aslanın oğlu: "Atam bu günlərimi görsəydi, ürəyi partlayardı" - Video

Perm universitetinə silahlı basqın etmiş Bekmansurovun ayağı amputasiya olundu

Ən çox oxunanalar