Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Benzinlə eyni vaxtda çörək niyə bahalaşdı?..

Dünən səhər saatlarından etibarən Bakıdakı marketlərdə bəzi növ çörəklərin qiyməti artıb. Belə ki, iki gün əvvələdək 55-60 qəpiyə satılan, doğranaraq paketlənmiş çörəklərin qiyməti 70 qəpiyə qalxıb. Eləcə də qara çörəyin qiymətində cüzi də olsa artım var. Maraqlıdır ki, bu artım SOCAR-ın Azərbaycana idxal olunan Aİ-95 və Aİ-98 oktanlı benzinin qiymətini il ərzində üçüncü dəfə, üstəlik bu dəfə daha kəskin şəkildə (müvafiq olaraq 15 qəpik və 30 qəpik) artırması ilə eyni vaxta təsadüf edib.

Lakin yüksək oktanlı benzinin bahalaşmasının dərhal çörəyin də qiymətinə birbaşa təsir etməsi mümkün deyil, çünki Azərbaycanda çörək istehsalında və daşınmasında yüksək oktanlı yanacaqla işləyən avtomobillərdən adətən istifadə olunmur.

Bəs ərzaq mallarının ilin əvvəlindən bəri az qala hər həftə, hər ay bahalaşdığı bir vaxtda Azərbaycanda hələ də əsas qida hesab olunan çörəyin bahalaşmasının səbəbi nədir? Əməkdaşımız bu suala cavab tapmağa çalışıb.

Mağazalarda apardığımız müşahidələrə görə, qiymət artımı digər un məmulatlarında da müşahidə edilir, məsələn, lavaşların qiyməti unun keyfiyyəti və ölçüsünə görə 5-15 qəpik bahalaşıb. O cümlədən makaron və vermişellərin də bahalaşması müşahidə olunur.

“Çörəkçi” şirkətindən təsdiq ediblər ki, həqiqətən sentyabrın 15-dən istehsal etdikləri çörəklərin qiymətində artım baş verib. Lakin şirkət əməkdaşı artımın məbləği və səbəbləri ilə bağlı açıqlama verməkdən imtina edib. Şirkətin məlumatında qeyd olunur ki, zavod baton ekstra, baton sadə, baton kəpəkli, sağlam çörək, suxarı çörəyi, pəhriz çörəyi, zavod çörəyi kimi buğda tərkibli çeşiddə, zirəli çörək, fermer, kömbə çovdarlı, borodino, pribaltika kimi çovdar tərkibli çeşiddə çörəklər istehsal edir.

Çörək istehsalı ilə məşğul olan (xüsusi paketlərdə gigiyenik qablaşdırılmaqla) “Nömrə 1” şirkətinin adını açıqlamaq istəməyən əməkdaşı da ağ çörəklərin 5, qara çörəklərin 10 qəpik bahalaşdığını təsdiqləyib. Bildirib ki, çörəklərin qablaşdırılmasında istifadə edilən paketlər bahalaşıb, həmçinin daşınma da daxil olmaqla xərclər artıb. Nəticədə cüzi qiymət artımına qərar veriblər.

“Xırdalan” çörək zavodundan isə istehsal etdikləri çörəyin qiymətində artım olmadığını deyiblər. “Baxmayaraq ki, şərtlər dəyişib, hələlik qiymət artımına getməmişik”,-zavodun satış şöbəsindən qeyd ediblər.

İri ticarət mərkəzlərindən isə bildiriblər ki, bəzi çeşid çörəklərin qiymətində artım müşahidə edilir. “Daha çox qara, pəhriz çörəklərin qiymətində 5 qəpik artım var. Market çörəyin qiymətini artırmır, şirkətlərin müəyyən etdiyi qiymətə də satırıq”,-iri ticarət mərkəzindən birinin satıcısı belə deyib.

İqtisadçılar qeyd edirlər ki, indiki halda çörəyin bahalaşmasının əsas səbəbi dünya bazarında buğdanın qiymətinin artması ilə əlaqəlidir. 2018-2019-cu illər ərzində buğdanın dünya bazarı qiymətində qeyri-müəyyənlik müşahidə olunsa da, son dörd rüb ərzində artım qeydə alınıb. 2021-ci ilin avqust ayında buğdanın 1 tonunun dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 12.85 faiz artaraq 274.9 ABŞ dolları səviyyəsində qərarlaşıb.

2021-ci ilin 8 ayı ərzində xaricdən Azərbaycana statistik dəyəri 122 milyon 245 min dollar olan 480 min 960 ton buğda idxal edilib. Bir ton buğdanın idxal statistik dəyəri 40 dollar artaraq 214 dollardan 254 dollara qalxıb. Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır.

Azərbaycanın əsas idxal mənbəyi olan Rusiyada da buğda bahalaşıb. Ötən ay 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 17.51 faiz artaraq 286.5 Adollara çatıb. Avqust ayı ərzində Qara dəniz və Azov dənizi portlarında buğdanın 1 tonunun qiyməti müvafiq olaraq 268 dollar ilə 297 dollar və 247 dollar ilə 269 dollar arasında dəyişib. Buna baxmayaraq, Azərbaycanda un bahalaşmayıb.

Baş nazir Əli Əsədov bu gün “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli qərarında dəyişiklik edib. Dəyişiklik dünya birjalarında buğdanın qiymətinin artmasının daxili bazarda un və un məmulatlarının qiymətlərinə təsirinin azaldılması və qiymət artımının qarşısının alınması məqsədilə edilib. Dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə subsidiya veriləcək. Un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib. Bu dəyişiklik un istehsalçılarına verilən dotasiyaları artırmış olur. Amma qərarın bahalaşmanın qarşısının alınmasında nə dərəcədə rol oynayacağını demək hələ tezdir.

Virtualaz.org çörəyin bahalaşma səbəbləri və süni qiymət artımına yol verilib-verilmədiyi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Xidmətdən bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılandan sonra açıqlama veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar