Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Lotu Quli"nin taclandırdığı “qanuni oğru” həbs edildi - Fotolar

Azərbaycanlı “qanuni oğru” Taleh Dağlıyev (Tolik Noqinski) Rusiya Federasiyasının subyekti Stavropol diyarının Mineralnıe Vodı şəhərində saxlanılıb.

Qaynarinfo xəbər verir ki, “qanuni oğru”nun üzərindən narkotik maddə olan heroin aşkar edilib. Taleh Dağlıyevin barəsində Rusiya Cinayət Məcəlləsinin 228.2-ci (külli miqdarda narkotin maddənin qanunsuz saxlanılması) maddəsilə cinayət işi başlanıb.

Dindirmə zamanı Taleh Dağlıyev bildirib ki, o, Mineralnıye Vodı şəhərinə müalicə məqsədilə gəlib.

Taleh Dağlıyev 24 noyabr 1983-cü ildə Bakının Maştağa qəsəbəsində anadan olub. O, bu həbsə qədər iki dəfə məhkumluq həyatı yaşayıb. Taleh Dağlıyev ilk dəfə 2015-ci ildə qanunsuz silah gəzdirməyə mühakimə olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib. İkinci dəfə isə 2017-ci ildə narkotik ittihamı ilə 1 il şərti cəza alıb.

Taleh Dağlıyev 2014-cü ildə Türkiyədə “qanuni oğru” adına layiq görülüb. Onun taclandırıldığı “sxodka”da Nadir Səlifov (Lotu Quli), Namiq Səlifov (Namiq Bakinski), Andrey Torkunov (Turok) və Oleq Piroqov (Tcirkaç) kimi nüfuzlu “qanuni oğru”lar iştirak edib.

Taleh Dağlıyev “qanuni oğru” statusu aldıqdan 1 il sonra rus əsilli “qanuni oğru” Vladislav Qraçevlə (Şarap) konfliktdə olub. Bu konfliktin nəticəsi Şarapın kriminal dünyanın ali statusundan məhrum edilməsi ilə nəticələnib. 2017-ci ildə isə “Moskovskaya Tişina” həbsxanasında Taleh Dağlıyevlə Sergey Asatryan (Osetrina Mladşiy) arasında münaqişə yaranıb. Azərbaycanlı “qanuni oğru” bu konfliktdən də qalib ayrılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar