Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabinetindən un və un məmulatlarının qiyməti ilə bağlı açıqlama

Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişikliyə izah verib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 16.09.2021 tarixli 268 nömrəli Qərarının qəbul edilməsi nəticəsində un istehsalçılarına subsidiya verilməsi sentyabr ayından sonrakı dövrdə də davam edəcək.

Əlavə olaraq, Qərarda ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə təsirlərin azaldılması məqsədilə 2021-ci il sentyabrın 1-dən un istehsalçılarına satılan unun hər tonuna görə ödəniləcək subsidiyanın məbləğinin hesablanması qaydası da müəyyən edilir. Təsdiq edilmiş qaydaya əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə, ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri və istehsalçının marjasının cəmi ilə unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq həcmində subsidiya veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar