Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalmaqallı din xadiminin Yutub kanalı oğurlandı

Azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxayın Yutub kanalı kiber hücuma məruz qalıb.

Bakupost.az xəbər verir ki, yeni açılan və qısa müddətdə16 min 300 abuçəsi toplaya bilən kanalda paylaşılan videoların izləmə sayı orta hesabla 40-100 min baxış olub.

Hacı Surxay yeni açdığı Yutub kanalında canlı yayımda əsas etibarilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsindən, dövlətçilik ənənələrindən, Azərbaycanın uğurlarından söz açır, şəhid ailələri, şəhid övladları ilə söhbətlər edir, dini tərbiyəvi moizələr təqdim edirdi. Az zaman kəsiyində çoxsaylı abunəçi toplayan kanal hakerlərin hücumuna məruz qalıb və bağlanılıb.

Hazırda kanalın fəaliyyətinə nəzarət edən partnyor şirkət bu məsələnin hüquqi müstəvidə araşdırılması, hücum edən hakerlərin tapılması, kanala müdaxilə edən şəxslərin aşkara çıxarılması və kanalın bərpası üçün çalışır.

Qeyd edək ki, Hacı Surxay fikirlərinə görə zaman-zaman mətbuatın gündəmində olub. Bir müddət əvvəl o, məhərrəmlikdə toy edənlərin bədbəxt olacaqlarını deyərək göndəmə çevrilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar