Böyük Britaniyada son sutka ərzində 32 651 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 371 301 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 178 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 134 983 nəfərə çatıb.
pia.az