Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran keçmiş səfirin dili ilə mesaj göndərir – Ancaq yenə Xankəndinə yük daşımalarını inkar edir

İranın yeni hökumətinin elan etdiyi siyasət İranın Azərbaycana xarici siyasi yanaşmasını dəyişməyə imkan verir və Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması, bank, energetika, ticarət sahələrində çoxvədli əməkdaşlığın inkişafının, Xəzər dənizində qarşılıqlı fəaliyyətin təmin edilməsi kimi tədbirləri də əhatə edə bilər. Bu barədə İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pak Ayinin məqaləsində deyilir. Məqalə diplomatik missiyanın saytında dərc olunub.

Eyni zamanda iranlı diplomat hesab edir ki, “bəzi transregional oyunçular, etnomərkəzçilər və onlara bağlı KİV son həftələrdə iki ölkə arasında münasibətlərin zəifləməsi məqsədilə anlaşılmazlıq yaratmağa çalışıblar”.

“Təəssüf ki, bəzən Azərbaycan Respublikasının bəzi az sayda kütləvi informasiya vasitələri bu oyunun yoluna çıxıblar və əsaslandırılmamış xəbərləri dərc etməklə düşmənə fürsət veriblər “, – deyə diplomat gileylənib.

Bununla yanaşı, o, İran yük maşınlarının Qarabağa daşımalarını inkar etməyə çalışır.

İran hakimiyyətinin dəfələrlə inkar etdiyi, bu ölkənin yük maşınlarının Qarabağ regionunda olması problemi həmin KİV-in iki ölkə arasında münasibətlərin zəifləməsinə yönəlmiş cəhdlərindən biridir. Bu təkrarlanan xəbərlərə istinadların əksəriyyəti kiberməkanda dərc edilmiş, etibarsız və xəbər dəyəri olmayan kontentə aiddir. Başqa sözlə, qeyri-formal və qeyri-hökumət kanallarından sitat gətirilməsi və iki ölkə arasında münasibətlər əleyhinə təbliğat əsasən bədxahlar tərəfindən ortaya çıxır və iki ölkə arasında artan münasibətlərin xeyrinə deyil”, – Mohsen Pak Ayin yazır.

Dağlıq Qarabağ problemilə bağlı İran İslam Respublikasının mövqeyi, xüsusən də inqilabın ali liderinin bununla bağlı bəyanatları tamamilə prinsipialdır və beynəlxalq standartlara uyğundur, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və İranın münasibətləri inkişaf etdirmək iradəsini nümayiş etdirir, Mohsen Pak Ayin vurğulayıb.

Azərbaycan Respublikasının dost və qardaş hökumətinin ölkənin kütləvi informasiya vasitələri üzərində öz nəzarətini gücləndirəcəyi və strateji münasibətlərin pozulmasına yol verməmək üçün hər iki tərəfin iki dövlət arasında dostluq münasibətlərinə qayğı göstərəcəyi gözlənilir”, – diplomat fikrini yekunlaşdırıb. (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar