Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorizmlə mübarizəni davam etdirir.
APA-nın Türkiyə bürosunun Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, “Barış bulağı” bölgəsinə hücum etməyə cəhd edən terrorçulara qarşı əməliyyat həyata keçirilib.
Türkiyə xüsusi təyinatlılarının əməliyyatı nəticəsində 10 PKK/PYD terrorçusu məhv edilib.
pia.az