Şənbə, 16 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Gəncədə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası təşkil olunub - Video

Gəncə şəhərindəki Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunan sərgi-yarmarkasında Gəncə şəhər və Qərb regionunda yaşayan sənətkarlara, rəssamlara aid bir çox növdə sənətkarlıq və rəngkarlıq nümunələrinin, həmçinin həvəskar şəkildə yaradıcılıqla məşğul olan şəxslərin müxtəlif janrlarda əl işlərinin satışı həyata keçirilib.

Tədbirin açlış mərasimində Gəncə Mədəniyyət İdarəsinin  rəsmiləri, şəhər sakinləri və digər ziyalılar iştirak edib. Bildirilib ki, uzun fasilədən sonra Gəncə və qərb bölgəsində fəaliyyət göstərən sənətkarlar öz əl işlərini nümayiş etdirmək imkanı qazanıb.

Hazırda Gəncə şəhərində və regionda incəsənət və sənətkarlıq nümunələrinin satış və sərgi məkanının olmaması alıcı qüvvənin azalmasına, sənətkarlıq və incəsənətlə məşğul olan şəxslərin maddi durumunun zəifləməsinə və onların öz əsərlərini nümayiş edə bilməmələri səbəbindən həvəsdən düşmələrinə gətirib çıxarır.

Vaxtilə Gəncə şəhərində, eləcə də onun ətraf bölgələrində mövcud olmuş, bugünkü dövrə gəlib çatmamış və ya çox az sayda sənətkar tərəfindən qorunub saxlanan bir sıra sənət ənənələrinin dirçəldilməsi də vacib məsələlərdəndir.

Sərgi-yarmarkanın həyata keçirilməsinin məqsədi alıcı və sənətkar arasında körpülər salınması, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulması, əhalidə sənətkarlıq və incəsənətə marağın artıırılması, müxtəlif istiqamətli sənət növlərinin yaşadılması və inkişafı, eləcə də şəhərin mədəni həyatının canlandırılmasına xidmət edir. Yaxın gələcəkdə sərgi-yarmarkanın mütəmadi və ya daimi şəkildə keçirilməsi planlaşdırılır. Yarmarkada Gəncə və Qərb regionunda yaşayan, peşəkar və ya həvəskar fəaliyyətindən asılı olmayaraq, sənətkarlıq və incəsənətin istənilən növləri ilə məşğul olan hər kəs öz əl işləri ilə iştirak edə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İsveçdə güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub - Foto

Naxçıvana avtomobil və dəmiryolu açmağa hazırıq - Paşinyan

İcra başçısının evinin işıq pulunu kimlər ödəyir? - Administrasiyanın kuratoru Vaqif Həsənovu xilas edə bilərmi?

Arvadından xəbərsiz evi satan polis polkovniki həbs edildi - Özünü subay göstərib

Bakıda metronun yanında gecə saatlarında dəhşət: Yaralılar var

Putin Qarabağla bağlı vəziyyəti belə şərh etdi

Milli Məclis Prezident İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib

Nazirliyin vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

ABŞ Türkiyəyə 40 təzə F-16 satmasa zarafat gerçəkləşəcək...

Ən çox oxunanalar