Çərşənbə, 20 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Oğuzda kişi arvadını döyərək öldürdü - Yenilənib

Sentyabrın 21-də Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində 1957-ci il təvəllüdlü Gülgəz Muştaqovanın almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Oğuz Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri, 1958-ci təvəllüdlü Vaqif Muştaqov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gülgəz Muştaqovanın bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib, nəticədə Gülgəz Muştaqova almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Vaqif Muştaqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

***

Oğuz rayonunda kişi arvadını döyərək öldürüb.

1957-ci il təvəllüdlü Gülgəz Mustaqovanın əri Vaqif Mustaqovla arasında mübahisə yaranıb.

Daha sonra mübahisə davaya çevrilib və V.Mustaqov arvadını döyüb.

Xəsarət alan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri tədbir nəticəsində V.Mustaqov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanın REB cihazları İranın təlimlərini burnundan gətirib? - SEPAH təlimləri niyə yarıda saxladı?..

İnstitutdan intihara cəhd edən əməkdaş haqqında açıqlama - Yenilənib

Putindən müsahibə alan xanım aparıcıya reaksiya: “Ayaqları ilə nə edir?”

Saxlanılan beş erməni İrəvana təhvil verilir - Foto

Sənay Qəhrəmanlıya təcavüz edən oğlan saxlanıldı - Foto

“Bu hakimiyyət ləyaqətlə getmək şansını əldən verdi”

Əmək pensiyalarının hansı halda yenidən hesablanacağı müəyyənləşib

Elnur Əşrəfoğlu dəfn olunub - Yenilənib, Fotolar

“Kəşfiyyatçılar ayətullah papağı qoyub lotuluq edirlər...” - Sabir Rüstəmxanlı

Ən çox oxunanalar