Cümə axşamı, 28 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Olmaq ya da olmamaq – Fransa üçün əsas sual budur…

Çin faktorunun ortaya çıxması Avropanın və ümumiyyətlə, Qərbin “müstəmləkəçi” və hiper kapitalist xəttini dəyişdirəcəkmi?..

Ömer Özkaya
“Şarkul Avsat” qəzeti, 20 sentyabr 2021-ci il

Avropanın Amerikadan sonra ən dəyərli iqtisadi kəşfi Uzaq Şərqi Asiyadır. O dövrlərdən bəri bu iki coğrafi-iqtisadi kəşfin verdiyi imkanların sonradan həmin bölgələrdə inşa edilmiş dövlətlər tərəfindən Avropanın mülkiyyətindən alınması Qərbin iqtisadi, hərbi və maliyyə elitaları üçün çox çətin məsələdir. Şimali və Cənubi Amerika bu günkü Qərb sivilizasiyasının və xüsusən də, kapitalist siyasi və sosial sistemin inkişafında iqtisadi cəhətdən zəruri olan bütün xammalları, qızıl, gümüş və kölə gücünü toplamağı mümkün hala gətirib. Bu bənzərsiz və yüksək dəstək yeni geosiyasi, geoiqtisadi və teostrateji ölkələrin ələ keçirilməsində Avropaya göstərdiyi investor cəsarəti ilə bağlıdır, yoxsa bir reaksiyadır? Çin faktorunun ortaya çıxması Avropanın və ümumiyyətlə, Qərbin “müstəmləkəçi” və hiper kapitalist xəttini dəyişdirəcəkmi?

Avstraliya, İngiltərə və ABŞ arasında qurulan AUKUS ittifaqı çərçivəsində Avstraliyanın Fransadan almaqdan imtina etdiyi 66 milyard dollarlıq nüvə sualtı gəmiləri Qərb dünyasında beynəlxalq siyasi xaos yaradıb. Avstraliyanın nüvə sualtı qayıqlarını almaqdan imtina etməsinin beynəlxalq və siyasi ölçüsü artıq qeyri-adi bir məzmuna malikdir. Bu cür fövqəladə vəziyyətə, bəlkə də, laqeyd yanaşıla bilər. Ancaq bu qlobal beynəlxalq böhran dünyanın yeni dövrə oyandığını ən təəccüblü şəkildə göstərən bir mənzərədir.

Çin Uzaq Şərqi Asiya reallığının Qərb ölkələri tərəfindən hansı hərbi-diplomatik başlıq altında və təhlükəsizlik baxımından qiymətləndirildiyini­ göstərir. Avstraliya yerinə və qitə dövlət olduğuna görə bu kontekstdə nüvə sualtı gücünə sahib olmaq istəməsi “normal” görünə bilər. Lakin Çin və onun komponentləri ilə bağlı “təhdidlərin” dərəcəsini nümayiş etdirmək baxımından çox strateji əhəmiyyətə malikdir. Bu yeni dövrün “yeni təhlükəsinə” cavab olaraq alınan fövqəladə tədbirlərin yalnız bir maddəsini ortaya qoyması daha da geostrateji xarakter daşıyır.

Avstraliyanın dəniz gücünü hansı strateji silah və alətlərlə və hansı texnologiyalarla təchiz etdiyini görmək daha maraqlı olacaq. Təbii ki, AUKUS ittifaqının, xüsusən də Avstraliyanın Asiya-Sakit okean gücünün ölçüləri diplomatiyada və beynəlxalq iqtisadi birjada “gündəlik ticarət həcmi” məzmununda izləniləcək.

ABŞ-ın tarixdəki Vyetnam, Kamboca, Laos, İndoneziya, Koreya və Yaponiya ilə əlaqələri və nəhayət, Çin məsələsi qlobal diplomatiya və siyasi mədəniyyətin Uilyam Şekspirin məşhur personajı Hamlet kimi mənəvi böhranlar yaşamasına səbəb olur.

Asiyadakı tarixinə baxmayaraq, İngiltərə və ABŞ-ın qlobal gücünü hələ də bu səviyyədə saxlaya bilməsi diplomatik, hərbi, iqtisadi, siyasi əlaqələrinə ciddi riayət etməsi baxımından lazımi təəssürat yaradır.

“Olmaq ya da olmamaq, əsas sual budur”, devizi Uilyam Şekspirin əsərlərindəki dərin ümidsizlik hissinin bir ifadəsi olsa da, beynəlxalq əlaqələr baxımından böyük ümidlərin başlanğıcı ola bilər.

Böyük ustad Tomas Karlayl tərəfindən tərtib edilən “Bizim həqiqətlərimizin də içində bir yalan, düşmənlərimizin yalanlarının içində də bir parça həqiqət var” anlayışı fərdlərin, icmaların və millətlərin yaşamağa davam etmək istəyini və enerjisini əks etdirir.

İmperatorluqların təbiəti və tarixi araşdırıldıqda “dəniz və təbiət verdiklərini geri alır” qanununun başqa bir şəkildə işlədiyini görürük: “İmperiyalar bir gün aldıqlarını geri vermək məcburiyyətində qalırlar”. Bu qlobal qanun bütün imperiyalara aid olub. Məsələn, Roma, Osmanlı, Bizans kimi imperiyalar analiz edildikdə həmin qanunun işlədiyi görünür.

İngilis düşüncəsinin Honkonq, Çin, Yeni Zelandiya və Avstraliyadakı tarixi araşdırdıqda, araşdırmaq cəsarətinin, şans, baxış bucağı, uzaqgörənlik və qlobal daşınmaz əmlak mütəxəssisi olmaq kimi faktor və keyfiyyətlərin necə bir üstünlüyə çevrildiyini görmək mümkündür.

Bu nöqtədə İngiltərənin Avstraliya kimi bir ada qitəsində mövcud olması Çin dövrü adlandıra biləcəyimiz dövrdə inanılmaz bir geosiyasi və geostrateji xəzinədir.

Bu fakt Fransanın Avstraliyanın nüvə sualtı qayıqlarını almaqdan imtina etməsinə diplomatik reaksiyasının qeyri-adi xarakteri barədə kifayət qədər təəssürat yaradır. Bu nöqtədə, necə olur ki, Fransa Avstraliyamın 66 milyard dollar olan nüvə sualtı gəmilərini alacağına inana bilər?

Çağın mənası və əhəmiyyəti qarşısında Britaniya Birliyinin ən strateji üzvü olan Avstraliya İngiltərəyə baxmayaraq bu hərbi, texnoloji, geosiyasi, geostrateji və diplomatik “fəthə” açıq ola bilərmi?

Fransanın bir müddət beynəlxalq münasibətlərdə sərgilədiyi münasibət və hərəkətlər “Olmaq ya da olmamaq, əsas sual budur” devizinin koordinatlarında idi. Tarixə nəzər salsaq, Fransanın hər zaman dünyanın gedişatını dəyişdirəcək gücə, təcrübəyə, intellektual cəsarətə, baxışa və potensiala malik olması sübut edilmiş bir həqiqətdir.

İki qitə dövləti və bir ada dövləti tərəfindən qurulan AUKUS-un əhatəli ittifaqı ABŞ-ın Əfqanıstandan sürətli bir hərbi əməliyyatla çıxmasının səbəbini də izah edir.

AUKUS ittifaqı ilə Fransa arasında 66 milyard dollarlıq nüvə sualtı satınalmasının ləğv edilməsində digər ən önəmli faktor Çinin qısa, orta və uzun müddətdə əldə edəcəyi artımın və qlobal, iqtisadi, siyasi, hərbi və diplomatik tsunaminin meydana gəlməsidir.

Avstraliyanın 66 milyard dollarlıq nüvə sualtı alınmasını ləğvi etməsindən doğan iqtisadi və texnoloji ölçü Fransanın “ticarət” fenomeninə nə qədər diqqət yetirdiyinin başqa bir göstəricisidir.

Bunu əvvəlki məqalə ilə əlaqələndirsək, ABŞ-ın Əfqanıstanda məğlub olub-olmaması ilə bağlı müzakirələrin ABŞ tərəfindən alqışlandığını, təşviq edildiyini və AUKUS ittifaqının bu kölgədə həyata keçirildiyini demək reallığın vacib bir hissəsidir.

ABŞ və İngiltərənin Asiya-Sakit Okean və Çin kontekstində AUKUS ittifaqı kimi yeni əlaqələr qurması artıq təəccüblü deyil. Fransa, İtaliya, Almaniya və Rusiyanın da oxşar ittifaqlar quracağı açıqdır.

Bu kontekstdə iki böyük qlobal güc olan ABŞ və İngiltərə tərəfindən dünyanın yeni ağırlıq mərkəzinin Uzaq Şərqi Asiya və xüsusən də, Çin olduğu elan edilib. ABŞ, Avropa və İngiltərə Çinin gözləntilərin xaricində, yeni bir qlobal memarlığın formalaşmasına səbəb olacağını hesablayıblar.

AUKUS ittifaqı çərçivəsində yaranan xaos və diplomatik-hərbi münaqişə “Bir Kəmər Bir Yol” layihəsinin mümkünlüyünü yenidən nəzərdən keçirməyi zəruri edəcək.

Çinin səssiz şəkildə mühasirəyə alınmasının cənub-şərqi ölçüsü də həyata keçirilib. İttifaqlar tezliklə Cənubda və cənub-qərbdə yaranacaq. Bənzər bir ittifaqın ABŞ, İngiltərə və Hindistan arasında qurulması ehtimalı da yüksəkdir.

Qarşıdakı günlərdə daha geniş bir Afrika ittifaqı gündəmdə olacaq. Fransa və Almaniyanın Afrikadakı müstəmləkə keçmişi üçün tez-tez üzr istəməsinin məzmununun ittifaqa əsaslandığını təxmin etmək olar.

Çinin şərqində və cənubunda dünyanın yeni dizaynı gedir. Cənub-qərbi Asiya, Yaxın Şərq və Afrika bir beynəlxalq yenidən qurulma, yeni geosiyasi və geostrateji təriflə üzləşir. Misir və Səudiyyə Ərəbistanının rəhbərliyi altında Yaxın Şərqdə yeni bir sistem axtarışı da ön plana çıxacaq.

Uilyam Şekspirin Hamlet etiketli şüarına bəzi dəyişikliklər edə bilərik: Olmaq ya da olmamaq əsas sual deyil. Əsas sual birlikdə necə olacağımızdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Milyonluq şirkətlərə rəhbərlik edən azərbaycanlı biznes ledilər - Fotolar

Ermənilər Şuşa ətrafına ağır texnikalar yığır

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında soyuq münasibətlərin səbəbi nədir?

Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqları şərh etdi

"Azərbaycan kişisinin arvad tərəfə yıxılması tarixi o vaxtdan başlayır"

Yaşar Nurinin qızı: "Satmağa bir şey yoxdur, nəyi satım?!"

Yas mərasimləri və qadağalarla bağlı yeni açıqlama

İcra başçısı COVİD-19 əleyhinə 3-cü doza peyvənd olundu - Foto

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Azərbaycanda yaşayış minimumunun məbləği artırlır

Ən çox oxunanalar