Çərşənbə axşamı, 19 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Şəhid valideynləri və övladları Şuşada olub - Foto,Video

Şuşa Şəhəri Dövlər Qoruğu İdarəsinin, Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" layihəsinin növbəti silsilə tədbiri bu dəfə Şuşa şəhərində keçirilib.

PİA.az-ın məlumatına görə, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanları bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etmək olub.

Şəhid övladları səhər saatlarında hərbi polisin müşayiəti ilə onlara ayrılmış avtobuslarda Şuşa şəhərinə istiqamət alıblar. Şuşa şəhərinə “Zəfər marşı”nı ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmi, digər uşaqlar subay şəhidlərimizin rəsmləri həkk olunmuş geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə qatılıblar.

Onları İsa Bulağında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qarşılayıb. Səhər yeməyi ərəfəsində doğum günü bu günə təsadüf edən Şəhid Ramiq Hacıyevin övladı Əlini hər kəs təbrik edib. Aydın Kərimov şəhidin balaca balasını hədiyyə ilə sevindirərək təbrik edib və onun üçün Şuşada hazırlanmış tort kəsilib. Sonra tədbirə qonaq qismində qatılan Xalq artistləri Alim Qasımov və Zülfiyyə Xanbabayeva şəhid övladları, şəhid anaları üçün İsa Bulağında "Qarabağın maralı" mahnısını ifa ediblər.

Daha sonra tədbir iştirakçıları Yuxarı Gövhər Ağa məscidində olub. Orada general-mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla şəhid anaları namaz qılıb, Allaha dua ediblər. Sonra tədbirə qatılan Olimpiya çempionları Cıdır düzündə uşaqlar üçün güləş təlimi həyata keçiriblər. Yarışın sonunda həm əylənən, həm də yarışan uşaqların hər birini Olimpiya çempionları birinci yer medalı ilə təltif edib.

Tədbirin gedişində şəhid anaları Şuşa qalasının önündə şəhidlərin ruhuna ehsan bişirərək hazırda Şuşada xidmət edən əsgərlərə paylayıblar.

Daha sonra tədbirin rəsmi hissəsi baş tutub. Rəsmi hissədə aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Sonra tədbirin ikinci aparıcısı Lalə Azərtaş general-mayor Polad Həşimovun anasını Səmayə xanımı çıxış üçün dəvət edib.

"Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstərib" - deyən şəhid anası övlad həsrətinə dözmək çətin olsa da, oğlunun zəfərimizin bir parçası olması ilə qürur hissi keçirdiyini deyib.

O, "Mənim atam qəhrəmandır" tədbirinin təşkilatçılarına dərin minnətdarlığını bildirərək Şuşaya ayaq basdıqları üçün xoşbəxt olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Aydın Kərimov öz növbəsində şəhid analarına belə qəhrəman övladlar yetişdikləri üçün minnətdarlıq edərək qəhrəman oğullar var olduqca bu Vətənin də var olacağını deyib.

Tədbirdə çıxış edən “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov da öz növbəsində tədbirin əsas məqsədinin öz qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu bildirib. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrini hər zaman diqqətdə saxladığını vurğulayan C.Qurbanov bu tədbiri Şuşada keçirməyin onlar üçün şərəf olduğunu deyib.

Rəsmi hissənin sonunda Aydın Kərimov və Məftun Abbasov şəhid övladlarına “Xarıbülbül” döş nişanı hədiyyə ediblər.

Daha sonra qəhrəman şəhidlərimizin övladları əsgərlərimizlə birlikdə Şuşa qalasının önündə olan “Xarıbülbül” nişanını əsən güclü küləklər səbəbindən boşaldığı üçün torpağa bərkidiblər. Şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov təşkilatçılardan ona verilən “Xarıbülbül” nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban Əliyevaya göndərmələrini xahiş edib.

"Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xalayla birgə, şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub tonqalın ətrafında yallı gedək" - deyə öz arzusunu dilə gətirən balaca Ağaseyid - "Mən də hər kəsin qarşısında söz verirəm ki, qəhrəman atam kimi mən də hər zaman Vətənimi qoruyacağam və sevəcəyəm", söyləyib.

Qeyd edək ki, tədbirə fəxri qonaq qismində qatılan Azərbaycanın Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Rasim Balayev, Nurəddin Mehdixanlı şəhid övladları, şəhid anaları ilə öz hisslərini bölüşüblər. Zülfiyyə Xanbabayeva Cıdır düzündə "Şuşanın dağları" mahnısını ifa edib.

Tədbirin sonunda Cıdır düzündə şəhid övladları sənət adamlarıyla birlikdə "Zəfər marşı"nı ifa edərək səmaya ağ göyərçinlər buraxıb, dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajını veriblər.(APA)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

 Ermənistanda gərginlik: Bu dağ Azərbaycanın nəzarətinə keçdi   

Rusiya təyyarələri xəbərdarlıq vərəqləri səpib: T-90 tankları bölgəyə göndərilir...

Bakıda "Prado" polisi vurub öldürdü - Hadisə anının videosu

Ohanesyan: “Xankəndi sürətlə boşalır, Bakı sakitcə girəcək”

Atası Kəramətlə görüşdü, fotosunu paylaşdı - Fotolar

Ərdoğanın qudası və “Bayraktar”ın yaradıcısı vəfat etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar - Yenilənib

Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları açıqladı

İrəvan xanlığının varisindən şok çağırış: "Nə qədər ki, gec deyil..."

ABŞ-ın müdafiə naziri Qafqazda “3+3” platforması ideyasının üstündən xətt çəkdi

Ən çox oxunanalar