Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da ard-arda anti-Azərbaycan qəralar qəbul edilir... - Bizim Minsk qrupunu tərk etməyimizin vaxtı çatmayıbmı?

Minsk Qrupunun həmsədri olaraq ABŞ-ın, eyni zamanda Fransanın dəfələrlə bir tərəfli mövqe sərgiləmələri Azərbaycanın artıq Minsk Qrupunu tərk etməsi üçün əsas vermirmi?..

Politoloq: “Təbii ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycanın əleyhinə qəbul etdiyi qərarın arxasında erməni diaspor təşkilatları dayanır”.

“Regionu başqa dövlətlərin qucağına atmaq istiqamətində ABŞ tərəfindən çox sərt siyasət yürüdülür”.

Bu sözləri politoloq Zaur Məmmədov ABŞ Konqesinin Nümayəndələr Palatası Azərbaycan əleyhinə qəbul etdiyi qərarın nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Konqesinin Nümayəndələr Palatası Azərbaycan əleyhinə qərar qəbul edib. Qərarda erməni əsirlərinin təcili azad olunması tələb olunur. Həmçinin Dövlət Departamentindən Azərbaycana qarşı müharibə cinayətləri ilə bağlı araşdırmalar başlamaq istənilir.

ABŞ Konqresinin növbəti anti-Azərbaycan qərarını necə dəyərləndirmək olar və Minsk Qrupunun həmsədri olaraq ABŞ-ın, eyni zamanda Fransanın dəfələrlə bir tərəfli mövqe sərgiləmələri Azərbaycanın artıq Minsk Qrupunu tərk etməsi üçün əsas vermirmi? Ümumiyyətlə Azərbaycanın Minsk qrupunda hələ də fəaliyyət göstərməsinin hansısa səmərəsi varmı?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Azərbaycana qarşı aparılan bu siyasət birmənalı şəkildə Qərbin, ABŞ-ın dəyərlərinin hansı həddə olmasının bariz nümunəsidir”.

Azərbaycana edilən təzyiqlərin yeganə səbəbinin olduğunu düşünən politoloq bildirib ki, bu təzyiqlərin arxasında hansı mövzuların olmasından asılı olmayaraq əsas məğz onlar qalibiyyətimizlə barışmaq istəməməsidir:

“Təbii ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycanın əleyhinə qəbul etdiyi qərarın arxasında erməni diasporası, erməni diaspor təşkilatı dayanır. Bu heç kəsə sirr deyil. ABŞ-ın sentyabr sessiyasına erməni diasporası bir neçə anti-Azərbaycan qanununu və lahiyəsini təqdim etmişdi. Bunula bağlı son aylarda intensiv şəkildə ABŞ-da erməni diasporasına işləyən təşkilatlar və konqresmenlər arasında görüşlər keçirilirdi. Bu görüşün nəticəsi kimi erməni əsirlərinin təcili azad olunması tələbi ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Azərbaycandan tələb edib.

Həmçinin ABŞ Dövlət Departamentində Azərbaycana qarşı müharibə cinayətləri ilə bağlı araşdırmalar başlamaq istənilib. ABŞ Konqresinin növbəti anti-Azərbaycan qərarı onu göstərir ki, istər ABŞ-da, istərsə Fransada, istər Rusiyada, istər də Almaniyada və Avropa İttifaqının bəzi ölkələrində son zamanlar Azərbaycana, Azərbaycan hakimiyyətinə qarşı ciddi şəkildə təzyiqlər olur. Bu təzyiqlər müxtəlif bəhanələr adı altında rəsmi Bakıya edilir.

Azərbaycana edilən təzyiqlərin yeganə səbəbi var. Bu təzyiqlərin arxasında hansı mövzuların olmasından asılı olmayaraq əsas məğz ondan ibarətdir ki, onlar qalibiyyətimizlə barışmaq istəmirlər. Onlar Qarabağın Dağlıq hissəsi - hansı ki, bu gün Rusiya sülhməramlılarının nəzarəti altındadır - bu hissənin Azərbaycanın bayrağı altında olmaması üçün əllərindən gələn hər şeyi etmək istəyirlər.

Zaur Məmmədov: “Müharibənin başlamasının və bitməsini bir illiyi ərəfəsində Azərbaycana qarşı ciddi şəkildə qətnamələrin, qərarların, qanunların, layihələrin qəbul edilməsi gözləniləndir”.

Ümumilikdə müharibənin başlamasının və bitməsini bir illiyi ərəfəsində Azərbaycana qarşı ciddi şəkildə qətnamələrin, qərarların, qanunların, layihələrin qəbul edilməsi gözləniləndir. Biz 30 il ərzində müxtəlif təşkilatlar tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı layihələrin qəbul edildiyini görürdük. Amma 30 il ərzində Ermənistan bunları icra etmədi. Nəticə etibarilə də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.

İndi də bu kimi layihələr, bu kimi qərarlar Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Əksinə ABŞ tərəfindən aparılan bu siyasət ABŞ-Türkiyə, ABŞ-Azərbaycan münasibətlərinin daha da soyumasına gətirib çıxara bilər. Nəticə etibarilə də regionu başqa dövlətlərin qucağına atmaq istiqamətində ABŞ tərəfindən çox sərt siyasətin yürüdüldüyünün şahidiyik. Bu siyasətin nəticəsində də artıq bəzi ölkələrin Qərbdən ümumiyyətlə qopması müşahidə edildi.

Hər halda Vaşinqton unutmamalıdır ki, münaqişənin bir tərəfi Ermənistandır və Ermənistan da Rusiya tərəfindən idarə edilən dövlətdir. Azərbaycan isə ABŞ-la Əsrin müqaviləsinə imza atan dövlətdir. Azərbaycan ABŞ-ın və Avropa İttifaqının, Qərbin müxtəlif siyasi, iqtisadi layihələrində çox fəal iştirak edən dövlətdir. Azərbaycana qarşı aparılan bu siyasət birmənalı şəkildə Qərbin, ABŞ-ın dəyərlərinin hansı həddə olmasının bariz nümunəsidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar