Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pele Messidən üzr istəyib

Futbol üzrə üçqat dünya çempionu, braziliyalı Pele Argentina yığmasının və Fransanın "Pari Sen-Jermen” klubunun hücumçusu, 34 yaşlı Lionel Messidən onu öz rekordunun üstələməsi ilə əlaqədar vaxtında təbrik etmədiyinə görə üzr istəyib.

"Report" xəbər verir ki, bu barədə Pele özünün instaqramdakı hesabında yazıb.

"Messi, salam. Əgər gecikdimsə bağışla. Ancaq mən səni bu ayın əvvəlində üstələdiyin daha bir rekord münasibətilə təbrik etmək imkanını qaçırmaq istəmirdim. Sənin dahi istedadın var. Ümid edirəm, dostlarım Mbappe və Neymarla birlikdə daha çox uğura nail ola biləcəksən", - Pele sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Messi Argentina yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsinin Boliviya komandasına qarşı Buenos-Ayresdə keçirilən matçında (3:0) het-trik edib. O, braziliyalı üçqat dünya çempionu Pelenin Cənubi Amerika milli komandasının heyətində vurulan qolların sayı üzrə rekordunu üstələyib. Messinin aktivində Argentinanın heyətində 79, Peledə isə 77 qol var.

Messi daha əvvəl bildirib ki, Pelenin rekordunu üstələməyi arzulayır.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar