Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: “Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır”

“Bizim üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda bərpa edilməsi və 700 mindən artıq insanın ata-baba torpaqlarına qayıdışını təmin etməkdir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə fəal iş gedir.

“Məsələni qəlizləşdirən dağıntılardan əlavə, ərazilərin ağır formada minalarla çirkləndirilməsidir. Bu barədə çox danışılıb. Bizə üç bölgənin mina xəritələri verilib. Həmin xəritələrdə 200 minə yaxın piyada və tank əleyhinə minaların olduğu bildirilib. Həmin xəritələrin keyfiyyəti çox aşağıdır, təxminən 25 faizi faydalı hesab oluna bilər. Bu amillər aparılan abadlıq-quruluq işlərinə təsir edir. Amma bununla belə nəhəng işlər aparılır”, - deyə XİN rəhbəri vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar