Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözlənilən Ərdoğan-Putin görüşü – İki lider ortaq məxrəcə gələ biləcək?..

Ərdoğan-Putin görüşünən gözləntilər nə ola bilər? Görüşdən sonra Suriya və Qarabağ ətrafında Türkiyə-Rusiya işbirliyi davam edəcəkmi?..

Politoloq: “Görüşdə müzakirə olunacaq əsas mövzular - Suriya, Krım, Qarabağ və iki ölkə arasındakı işbirliyi olacaq”.

“İki tərəf arasında əsas anlaşmaya çətinlik çəkilən mövzu Suriyadır. Digər məslələrdə tərəflər razılığa gələ bilərlər”.

Bu sözləri politoloq Elman Vəliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin nəzərdə tutulan görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 sentyabr, Soçi şəhərində görüşəcək. Bu görüş Cənubi Qafqazda yeni geopolitik reallıqlar yaradan 44 günlük Qarabağ savaşının bitməsindən sonra Ərdoğan və Putinin ilk görüşüdür. Eyni zamanda Rusiya ilə Türkiyə arasında Suriyada da ciddi gərginliklər mövcuddur. Son günlər Rusiyanın İdlibi bombardman etməsinə görə Suriyada iki ölkə arasındaki gərginlik demək olar ki, müharibə həddinə çatıb. Ərdoğan-Putin görüşü öncəsində isə rusların İdlibdə apardıqları hava əməliyyatları həddindən artıq intensivləşib. Görünür ki, Rusiya görüşə qədər İdlibdə daha əlşerişli mövqeyə sahib olmağa çalışır.

Maraqlıdır ki, Ərdoğan Soçi görüşü öncəsi Əfqanıstandan çıxdığı kimi ABŞ qoşunlarının Suriyaİraqdan çıxarılmasını istəyib. Bu da hər şeydən əvvəl Türkiyənin NATO ölkəsi olaraq Suriyada əsas güc mərkəzinə çevrilmək istəyindən xəbər verir.

Bəs Ərdoğan-Putin görüşünən gözləntilər nə ola bilər? Görüşdən sonra Suriya və Qarabağ ətrafında Türkiyə-Rusiya işbirliyi davam edəcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyev ilə müzakirə edib.

Elman Vəliyev: “Ərdoğan və Putin görüşdə Qarabağ mövzusuna da toxuna bilərlər”.

Ərdoğan-Putin görüşündən əvvəl bir xeyli proseslər baş verdiyini xatırladan poıitoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Soçi görüşündə Rusiya tərəfi üstünlüklər əldə etməyə çalışacaq. Çünki bölgədə Rusiyanın hərbi gücü daha çoxdur:

“Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin 29 sentyabrda Soçidə bir masa arxasında yenidən əyləşəcəklər. Görüş çox güman qapalı keçiriləcək və bir neçə saat davam edə bilər. Çünki çox mühüm mövzular müzakirə ediləcək. Görüşdə müzakirə olunacaq əsas mövzular- Suriya, Krım, Qarabağ və iki ölkə arasındakı işbirliyi olacaq.

Ərdoğan-Putin görüşündən əvvəl bir xeyli proseslər baş verdi. İlk öncə Rusiya tərəfi Türkiyəni Suriyada öz öhdəliyini yerinə yetirmədiyi iddiası ilə qınadı. Daha sonra Suriya prezidenti Bəşər Əsəd Rusiyaya gedərək Putinlə görüşdü. Türkiyə 2020-ci ildə “Bahar qalxanı” adlı Suriyada hərbi əməliyyatlar keçirdi və nəticə olaraq Moskvada anlaşma imzaladı. Anlaşmaya əsasən Türkiyə təkbaşına terror qruplarını(xüsusilə də İdlibdə olan Heyət Tahrir Əl-Şam qrupunu) bölgədən çıxartmalı idi. Bu Türkiyə üçün olduqca ağır öhdəlik idi. Ancaq Türkiyə riskə getməyərək ehtiyatlı davranmağı seçdi və qanlı mübarizəyə girmədi.

Putinin Bəşər Əsədlə görüşündən sonra isə, Əsəd ordusu Rusiya qüvvələrindən aldığı dəstəklə İdlibə hücumlar etməyə başladı. Hadisələrin növbəti raundunda isə Ərdoğan Amerikaya gedərək Baydenlə görüşdü. Ərdoğan Soçi görüşündən əvvəl Putinə mesaj verərək bildirdi ki, S-400-lər layihəsi həyata keçirilmiş layihədir və ləğv etmək olmaz. Həmçinin Amerika tərəfi də bəyan elədi ki, Türkiyəyə Əfqanıstan mövzusunda dəstək verəcəyik. Niyə bu dəstəyi verdiyini bəyan elədi? ABŞ Rusiya və Çindən ehtiyat etdiyi üçün bunu bəyan etdi.

Elman Vəliyev: “Artıq Türkiyə regional güc mərkəzi olaraq ancaq öz maraqlarından çıxış edir və Ankara bunu istər Moskva ilə, istərsə də Vaşinqtonla təmaslarında vurğrlayır”.

Bundan əlavə Çin Taliban hakimiyyətini tanıdı və əlaqələri genişləndirməyə çalışır. Rusiya isə bəyan elədi ki, Talibana terrorla mübarizədə dəstək verəcək. ABŞ bu iki hegemon rəqibin bölgədə yer almağındansa, NATO üzvü olan Türkiyəyə dəstək verərək onun üstünlük qazanmasını istəyir. Fikirləşir ki, öz maraqlarını Türkiyə vasitəsilə həyata keçirsin. Ona görə Vaşinqton S-400-lər məsələsində narahatlığını dilə gətirir. Türkiyənin Rusiya ilə deyil, Amerika ilə birlikdə addımlamasını istəyir. Lakin Türkiyə artıq tək vektorlu siyasət yürütmür və Ərdoğan bunu hər fürsətdə vurğrlayır. Yəni artıq Türkiyə regional güc mərkəzi olaraq ancaq öz maraqlarından çıxış edir və Ankara bunu istər Moskva ilə, istərsə də Vaşinqtonla təmaslarında vurğrlayır.

Zənn edirəm ki, Soçi görüşündə əsas məsələ Suriya olacaq. Düşünmürəm ki, bu mövzuda yekun qərar tez verilsin. Suriya maraqların toqquşduğu bölgələrdəndir. Türkiyə də İdlibə bir xeyli əlavə ordu cəmləyir. Rusiya İdlibdən Türkiyəyə gedən yolu, həmçinin magistralın Türkiyə hissəsinin öz əlində cəmləşməsini istəyir. Əgər yollar Rusiyanın əlıinə keçərsə, onda Moskva bütün Suriyaya hakim olacaq. Ehtimal etmirəm ki, Türkiyə bölgədən tamamən çəkilsin. Suriya və xüsusən də İdlib elə strateji ərazidir ki, burda bütün tərəflərin maraqlarını təmin etmək çətin olsa da, müəyyən mənada balans yaratmaq gərəkir və düşünürəm ki, Soçidə iki lider bu balansı yaratmağa cəhd edəcəklər. Hesab edirəm ki, Soçi görüşündə Rusiya tərəfi üstünlüklər əldə etməyə çalışacaq. Yəni Moskva Suriyanı birləşdirən yollara nəzarəti Ankara ilə birgə həyata keçirmək niyyətini ortaya qoyacaq. Çünki bölgədə Rusiyanın hərbi gücü böyükdür. Buna baxmayaraq Rusiya Suriyadakı İran, Türkiyə, ABŞ və digər ölkələrin də hərbi gücünü nəzərə almaq məcburiyyətindədir.

Masada olan digər önəmli məsələ isə Krımdır. Türkiyə tərəfi Krım məsələsində Ukraynanı dəstəkləyir. Bu da Rusiyanın narahatlığına səbəb olur. Ancaq bu tərəflər arasında ciddi problem yaratmır. Çünki Türkiyə açıq şəkildə Krımı Ukrayna ərazisi olaraq tanıdığını bəyan etsə də, praktiki baxımdan ehtiyatlı davranır. Bu baxımdan Krım məsələsi ətrafında fikir mübadiləsinin olması təbiidir. Çünki tarixən Osmanlı ərazisi olan adada Krım türklərinin problemi çox qabarıqdır və bu problemin müzakirələrin ana xətt olması gözləniləndir. Rusiya təbii ki, Krım tatarları ilə bağlı Türkiyəyə anlaşmaya getmək və bu yolla Krımın Rusiya ərazisi olaraq Türkiyə tərəfindən tanınmasına nail olmaq istəyir.

Elman Vəliyev: “Türkiyə ilə Ermənistan arasında münasibətlərin normal məcraya yönəlməsi üçünsə ilk növbədə “Zəngəzur dəhlizi” açılmalıdır”.

Ərdoğan və Putin görüşdə Qarabağ mövzusuna da toxuna bilərlər. Görüşdən əvvəl Ərdoğan “Zəngəzur dəhlizi”ndən danışdı. Dəhlizin bölgədə inkişaf üçün mühüm perspektivlərə malik olduğunu dedi. Dəhliz Rusiya üçün də önəmlidir. Əgər bu mövzu da müzakirə predimeti olacaqsa, bölgənin kommunikasiya sisteminin bərpasına da toxunulmuş olacaq. Həmçinin Ərdoğan Ermənistanla dialoqlara açıq olduğunu da bəyan elədi. Düşünürəm ki, bütün bu məsələlər də masada müzakirə olunacaq. Hesab edirəm ki, “Zəngəzur dəhlizi” və Qarabağ mövzusu ətrafında iki tərəf arasında elə də cidi fikir ayrılığı olmayacaq. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normal məcraya yönəlməsi üçünsə ilk növbədə “Zəngəzur dəhlizi” açılmalıdır.

Bir daha qeyd edim ki, iki tərəf arasında əsas anlaşmaya çətinlik çəkilən mövzu Suriyadır. Digər məslələrdə tərəflər razılığa gələ bilərlər. İqtisadi, mədəni əlaqələrə gəlincə isə, iki tərəf arasında normal və inkişaf edən əlaqələr mövcuddur.

Dediyim ki, görüş qapalı qapılar arxasında keçiriləcək. İçəridə danışılacaq hər şeyi mətbuata elan etməzlər. Gizli qalan hissələr zamanla praktikada özünü büruzə verər. Bu adəti üzrə həmişə belə olur. Diplomatiyanın da öz qayda-qanunları, biclikləri var”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar